Hansı hallarda KİV-ə senzura qoyulması müəyyənləşir

Azərbaycanda hərbi vəziyyət şəraitində KİV-lə bağlı qaydalarda dəyişiklik edilir.

APA-nın məlumatına görə, bununla bağlı Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında “Kütləvi informasiya vasitələri haqqında” qanuna əlavə müzakirəyə çıxarılıb.

Əlavələrə görə, hərbi vəziyyət dövründə “Hərbi vəziyyət haqqında” qanuna müvafiq olaraq KİV-in məlumat və materialları hərbi senzuradan keçirilə, habelə hərbi vəziyyət tətbiq edilən ərazidə (ərazilərdə) kütləvi informasiya vasitələrinin xüsusi fəaliyyət rejimi tətbiq oluna bilər.

O da əlavə edilir ki, hərbi vəziyyətin qüvvədə olduğu müddətdə şərtləri və bu şərtlərin həyata keçirilməsi qaydası göstərilməklə KİV-in azadlığı müvəqqəti məhdudlaşdırıla bilər.

Layihə MM-in plenar iclasına tövsiyə olunub.

635x100

Şərhlər

t.ədalət 2018-04-17 12:29:45

KİV-ə senzura o zaman tətbiq oluna bilər ki,həmin informasiya düşmənə məlum olarsa onun ağır nəticələri olsun.Yoxsa hərbi dələduzluq,əsgəri əmlakın talanı,əsgər həyatının dözümsüzlüyü və digər sosial problemləri gizləmək ölkəmizə xəyanətdir.Hərbidə baş verən dələduzluqları çap etməklə mətbuat bir növ dövlətə yardımçı olur.

Son yazılar