Azərbaycanda daha bir böyük korrupsiya faktı aşkarlandı

Vəzifəli şəxslərin qanunsuz əməlləri ifşa edilib

Bərdə rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsi zamanı qanunsuzluqlara yol verilməsi barədə Hesablama Palatasından daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, araşdırmalar zamanı mərkəzin vəzifəli şəxsləri tərəfindən ünvanlı sosial yardımların, sosial müavinətlərin və təqaüdlərin təyin edilməsi və ödənilməsi zamanı zəruri sənədlərin - ailə tərkibi və gəlirləri, istifadələrində nəqliyyat vasitəsinin olması, hər bir ailə üzvünün məşğulluğu və digər məlumatların tam təqdim olunmaması və ya təqdim olunan sənədlərdə göstərilən məlumatların düzgünlüyünün yoxlanılmaması nəticəsində 258 min 550 manat məbləğində külli miqdarda dövlət vəsaitinin israf edilməsində şübhələr üçün əsaslar olduğu üzə çıxıb. Fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar