Türkiyədə növbədənkənar seçkilərin keçirilməsi təklif edildi

Müxalif Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bahçeli Türkiyədə növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsini təklif edir.

Trend-in məlumatına görə, D.Bahçeli növbədənkənar seçkilərin bu il avqustun 26-da keçirilməli olduğunu bildirib.

O vurğulayıb ki, regiondakı siyasi vəziyyəti nəzərə alaraq Türkiyədə seçkilərin keçirilməsini gecikdirmək olmaz.

Qeyd edək ki, 2019-cu ildə Türkiyədə prezident, parlament və bələdiyyə seçkiləri keçiriləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar