Müxalifət Ermənistanda “məxməri inqilab”ın başladığını elan edib

Dərc olunub: 17/04/2018 - 13:55

armenia_protest_160418_2Serj Sarkisyanın baş nazir seçilməsinə etiraz olaraq Yerevanda keçirilən aksiyanın rəhbəri, müxalif deputat Nikol Paşinyan Ermənistanda “məxməri inqilab”ın başladığını elan edib.

Trend-in məlumatına görə, mitinqin keçirildiyi Fransa meydanına təqribən 3 min nəfər toplaşıb.

N.Paşinyan bildirib ki, onun tərəfdarları dövlət orqanlarının fəaliyyətini iflic etmək niyyətindədir:

“Ölkədə inqilabi vəziyyət yaranıb və mən qeyri-zorakı xalq “məxməri inqilab”ının başladığını elan edirəm”.

Qeyd edək ki, hazırda Ermənistan parlamentində xüsusi iclas keçirilir. İclasda sabiq prezident S.Sarkisyanın baş nazir seçilməsi müzakirə olunur.


loading...




Fikrinizi bildirin