"Rus dilinin təbliği gücləndirilməlidir" - Polad Bülbüloğlunu narahat edən məsələlər...

"Təəssüflər olsun ki, radiolarda səslənən rus dilinin keyfiyyəti aşağıdır"

"Rus dili postsovet məkanını birləşdirən sementdir. Qeyd etməliyəm ki, rus dilinin bizim ölkələrdə təsiri çox böyükdür. Konkret olaraq bizim ölkəni, Azərbaycanı göstərə bilərəm. Azərbaycanda kifayət qədər sanballı rus dilli saytlar var, onlar oxunan saytlardır. Ölkəmizdə fəaliyyət göstərən informasiya agentliklərinin rus versiyaları fəaliyyət göstərir".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya paytaxtında keçirilən Rusdilli Yayımçıların Beynəlxalq Forumunda çıxış edən Azərbaycanın Rusiyadakı səfiri, MDB ölkələri Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun sədri Polad Bülbüloğlu bildirib.

Azərbaycanda rus dilinin tədrisinin səviyyəsinin yüksək olduğunu vurğulayan diplomat ölkədə 300-dən çox orta məktəbdə rus dilinin tədris olunduğunu söyləyib: "Praktiki olaraq bütün ali məktəblərin rus dilli bölməsi var. Bundan başqa Bakı Slavyan Universiteti, Lomonosov adına Moskva Dövlət Universitetinin və Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialları fəaliyyət göstərir. Ona görə də Azərbaycanda rus dilli məkanın olduqca geniş seqmenti və böyük təsiri var.

Mən, MDB ölkələri Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun sədri kimi, bir vacib məsələni qeyd etmək istəyirəm. Bu, rus dilinin keyfiyyəti məsələsidir. Təəssüflər olsun ki, radiolarda səslənən rus dilinin keyfiyyəti aşağıdır. Fikrimcə, bu gün keçirilən beynəlxalq forumda qaldırılan əsas məsələlərdən biri məhz rus dilinin keyfiyyəti məsələsi olmalıdır. Mənə elə gəlir ki, postsovet ölkələri rus dilinin təbliğinin gücləndirilməsində dəstəyə ehtiyacı duyur. Bütün dünyada British Counsil ingilis dilinin təbliğatı ilə məşğuldur, eyni ilə Höte İnstitutu alman dilini təbliğ edir.

Hesab edirəm ki, rus dilinin təbliğinə da diqqəti gücləndirmək lazımdır. Gənc nəslin rus dilinə marağını artırmaq lazımdır ki, onlar bu dili öyrənsinlər. Bu çox ciddi problemdir".

Qeyd edək ki, Rusdilli Yayımçıların Beynəlxalq Forumunun açılışında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova, "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyov, Rusiya Dövlət Dumasının İnformasiya siyasəti, informasiya texnologiyaları və əlaqələri komitəsinin sədri Leonid Levin və digərləri çıxış ediblər.

635x100

Şərhlər

Bayram 2018-04-17 14:20:47

Təklif edirəm ki P.Bülbüloğlu müəllim Rusiyanın Azərbaycan Respublikasındakı səlahiyyətli səfiri təyin edilsin, onun xətrinə hazırda işlətdiyimiz latın əlifbamız yenidən krillə əvəz edilsin, azərbaycan məktəbləri bağlanaraq yalnız rus dilli məktəblər fəaliyyət göstərsin və s...Axı onun doğma ata yurdu rus-ermənilər tərəfindən işğal edilib.Hətta Bakıda erməni məktəbləri də açılsın.Onsuz da Bakıda gör nə qədər erməni var.Qoy desinlər ki biz tolerant xalqqıq və ermənilərin paxıllıqdan bağrı partlasın.Ehh, gorun çatlasın Məşədi Kazım...Bizə düşmən lazım deyilmiş düşməm ocaq başında.Millət vəkili Mollazadə doğru deyir səfirlərimiz dəyişdirilməlidir, onalar qıcqırıblar...

məmmədqulu 2018-04-17 14:20:47

Soloveyçik bunu özün deyirsən, yoxsa sənə dedizdirirlər.

t.ədalət 2018-04-17 14:20:47

Dünyanın aparıcı ingilis dilini öyrənmək və ona bütün sahələrdə qapını açmaq müstəqilliyimiz üçün vacibdir.Rus dili işğal dili olduğuna görə,uzun illər bizə onu zorla öyrətməyə çalışıblar.Anası qeyri millət,xüsusilə erməni olanlar həmişə rus dilinə bağlı olublar.Biz,əgər müstəqilliyimizi qorumaq istəyiriksə,rus dilindən aralıda dayanmalıyıq.Daha mütərəqqi olan ingilis dilini qoyub rus dilini öyrənmək özü gerilikdir.Biz Qarabağımızı azad etmək istəyiriksə erməniliyə doğma olan rus dilinə son verməliyik!

Son yazılar