KİÇİK SAHİBKARLARIN VERGİ YÜKÜ AZALDILACAQ - Nazirdən yeni xəbər

"Ölkə prezidentinin tapşırığı ilə Azərbaycanın Vergi Məcəlləsinin və bir sıra qanunvericilik aktlarının təkmilləşdirilməsi işləri aparılıb". "Report" xəbər verir ki, bunu jurnalistlərə vergilər naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, əsas məqsəd kiçik və orta sahibkarlığa tətbiq edilən vergi yükünün və vergi inzibatçılığının yüngülləşdirilməsidir: "Orta və iri müəssisələrdə daxili hesabatlılığın və şəffaflıq səviyyəsinin artırılması, onların vergi qanunvericiliyinin tələblərinə uyğunlaşdırılması qarşıya məqsəd kimi qoyulub. Son nəticədə həmin müəssisələrin rəqabət qabiliyyətliliyi təmin olunacaq, digər tərəfdən isə sabit vergi ödənişi hesabına dövlət büdcəsi gəlirlərinin təminatı olacaq. Bu da öz növbəsində dövlətin müvafiq sosial, infrastruktur və cari xərclərinin vaxtında yerinə yetirilməsi üçün zəmin yaradacaq. Sadə dillə desək vicdanlı vergi ödəyicisi ilə qanunu pozmağa çalışan vergi ödəyicisi arasında həm qanunvericilikdə, həm də inzibatçılıqda fərq getdikcə artacaq".

Şərhlər

Sahibkar 2018-04-17 16:44:44

...Görək vergi necə olacaq.Təhsildəki təcrübə təkrar olunsa burada da batar.

azeri 2018-04-17 16:44:44

RAYONLARDA kicik sahibkarlara illik haqq kesilib ta ki,FAZIL MEMMEDOVUN DOVRUNDEN ,MIKAYIL CABBAROV GELENDE ,SEVINDIK KI,DEYASEN DUZELECEK,HER SHEY YAXSHI IDI, PREZIDENT SECKISI QURTARANA KIMI,SECKILER QURTARAN KIMI YENADE BASHLAYIBLAR KI,ILLIK HAQQI GETIRIN HERRAC 1500 MANATDAN BASHLAYIB

Vətəndaş 2018-04-17 16:44:44

onsuz da vergi yükünü kiçik sahibkarlar çəkib.Böyük sahibkarlar yuxarıdan himayə olunduğundan onlar vergidən yayındırılıblar. Böyük sahibkarlar elə indi də idxal fakturalarında qiyməti dəfələrlə aşağı salınmış invoiçlərlə işləyir və buna məhəl qoyulmur.Bəzi hallarda isə tam gizlədilir.Misal: Kərə yağının gömrük rüsumunun 3 dəfə azalması.onun qiymətində cəmi 50-60 qəpik fərq etdi Dünyanın hansı ölkəsində kərə yağının satış qiyməti bizdəki qədərdir-24 manat!

Son yazılar