Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri işdən çıxarıldı

Azərbaycan Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova vəzifəsindən azad edilib.

Trend-in məlumatına görə, o, səhhəti ilə əlaqədar olaraq, öz xahişi ilə vəzifəsindən azad edilib.

Səhiyyə Nazirliyindən Trend-ə məlumatı təsdiqləyiblər.

Nazirlikdən qeyd edilib ki, hazırda onun vəzifəsini mətbuat xidmətinin məsləhətçisi Səfayə Əhmədova əvəz edir.

Qeyd edək ki, L.Bayramova SN-nin mətbuat xidmətinin rəhbəri vəzifəsinə 2015-ci ilin mayında təyin edilmişdi.

635x100

Şərhlər

Seymur 2018-04-17 16:17:41

Hala bu xamir cox su aparacaq

həkim 2018-04-17 16:17:41

Bu nazirlikdə yarıtmaz işlərinə görə nazir və müavinləri işdən çıxarıımalı olduğu halda mətbuat katbi niyə çıxarılır?

Mehdi 2018-04-17 16:17:41

Şəki Səhiyyəsi can verir, nəzarət edən qurumların rəhbərlərinə gözün üstə-qaşın var deyən yoxdur. Xüsusulə həmin sahəyə baxan İcra hakimiyyətinin müavini Zərinə Cavadova isə var-dövlət yığmaqla məşğuldur. Deyilənə görə onu müdafiə edən deputat Yaqub Mahmudovdur. şəkidə köklü kadr islahatları aparılmasa,şəkini dirçəltmək mümükün olmayacaq ?

Mahir Əliyev 2018-04-17 16:17:41

Yenə camaatı aldadırlar.Çox güman ki,mətbuat işçisi səhiyyə nazirinin yalan deyərək səs verdiyinə görə cəzalandırılıb.

Son yazılar