Milli mənlikmi, kişilikmi öncədir?

mirzeMirzə AĞ

«AzPolitika.info»-nun bugünkü sayında dərc olunmuş «Hitlerçi komendant Stalinin oğlunu necə «betonlayıb»» başlıqlı məqaləyə yazılmış bir oxucu şərhi diqqətimi çəkdi...

Oxucu yazır: «Tarix kişilərin kişiliyi ilə yazılıb, yazılacaq da. Dövlətin, millətin ən ağır vaxtlarında onun başında duranlar, bu fəlakətləri və problemlərin həllində yaxınlarından qurban verməzlərsə, xalq coşmaz, düşmən əzilməz. Day yox ki, Əli Həsənov kimi və Pirallahının başçısı Vasif İmanov kim məmurlar dövləti maraqları, şəxsi ambisiyalarına qurban versinlər. Bu isə dövləti cəzasızlığın əlamətidir. Bu sayaq məmurlarla siyasət yürüməz. Torpaq alınmaz, vətənpərvərlik yüksəlməz, Vətən qurtulmaz....»

Maraqlıdır, deyilmi? Gerçəkdən, kişilik (ərlik) olmasa, millət ucalmaz - bu, aksiomdur. Amma «kişilik»dən öncə olanı düşünmədən, kişilikdən danışmaq «boşboğazlıq» olardı, zənnindəyəm...

Bəs, kişilikdən öncə olanın adı nədir? Onun adı milli kimlikdir - baba! Milli kimlik dərk olunmasa, «kişilik»dən dəm vurmaq «qaranlıq otaqda qara pişik axtarmaq - illah da o zaman ki, otaqda pişik olmasın- kimi bir səfehlik» olardı...

Fikrimi əsaslandırmaq üçün bir alman nümunəsinə baş vurmaq istərdim. Mabədi belədir: SSRİ dövlətinin süqut etdiyi ilk illərdə bir azərbaycanlı soydaşımız Almaniyadan maşın gətirmək üçün bu ölkədəki tanışına qonaq gedir. Birlikdə axtarıb bir maşın tapırlar - almanla razılaşıb, maşını alırlar. Alqı- satqı başa çatandan sora, soydaşımız almana deyir: Sən satdın, mən də aldım - hər şey qaydasında. Amma nəzərə al ki, mən uzaq yol gedəsiyəm. Odur ki, maşının bir gizli qüsuru varsa, KİŞİ KİMİ söylə, yerindəcə aradan qaldırım ki, sonra yolda qalmayım. Alman cavab verir: KİŞİ kimi sənə heç nə deyə bilmərəm, amma bir alman kimi deyirəm: maşının heç bir prolblemi yoxdur - arxayın ol, otur və sür getsin...

Deməli, kişi axtarmaq yolunda, öncə milli mənsubiyyətə diqqət yetirmək ehtiyacı var - təxminən belə: Mən, türk kişisiyəm!!!

Buradan aydın olur ki, Azərbaycanın torpaqlarını da türk kişiləri azad edib, bu ölkəni yüksəldəcəklər!

635x100

Şərhlər

Mirzə Ağa 2018-04-18 00:06:14

Sizə çox böyük hörmətim var, yazılarınıza görə. KİŞİLİYİN,ƏRLİYİN milliyəti yoxdur. Cinayətkarın milliyəti olmadığı kimi. Türklərin hamısı kişidir???

İsmayıl 2018-04-18 00:06:14

Mirzə müəllim, sağ ol! Sən həqiqətən TÜRK kişisən!

babi 2018-04-18 00:06:14

Mirzə bəy! Bir şeyi nəzərə alın ki, indi biz Moskvadan daha çox asılıyıq Ki,nəyin ki,SSSRİ dövrü.Siz dediyiniz o "kişilik" burada həll olunub gedib.

Qazi Tahir Paşa 2018-04-18 00:06:14

Təşəkkür edirəm , Mirzə AĞ ! Bir Qarabağ Qazisi ,yazıçı ,Jurnalist ,Elmi tədqiqatçı,Konfliktoloq kimi "Azpolitika.info"nun kursunu və ciddi elektron Media nümunəsi kimi qərəzsiz ,Aktual, patriotik mövqeyini də DƏSTƏKLƏYİRƏM ! UĞURLAR !

Bashirov Qarib 2018-04-18 00:06:14

Əhsən.Çox mənalı yazıdır.30-cu illərin Almaniyası ilə -bəşəriyyəti sarsıdan,50milyon insanin həyatını məhv edən- və indiki Almaniyanın-bəşəriyyətə numunə olan, Şimali Koreya və Cənubi Koreyanin, 100 il əvvəlki fəxarət duydugumuz Azərbaycanla utanc duydugumuz cagdaş Azərbaycanımizin əsl səbəbinin nə oldugunu anladıgımız zaman sizi və yazınızın mənasını anlayacagiq.

Fəradi 2018-04-18 00:06:14

1918-ci ildəki erməni qətliyamını gözləri ilə görmüş atam mənə erməni vəhşiliklərindən danışar və türk əsgərlərinin bizləri hecə azad etdiklərini söyləyərdi.Onun türk əsgərindən eşitdiyi indi də qulağımda səslənir.Əsgər deyirmiş ki anamız bizi bura göndərəndə deyib ki səni arxadan vursalar südüm sənə haram olsun, get qardaşlarını ermənilərin əlindən xilas et.Hər bir mərd kişini bir ana dünyaya gətirir.Sənə qurban olum, əllərindən öpüm ey TÜRK ANA-sı, çünki sən dünyaya türk əsgəri gətirsən.İndi biz niyə belə aciz qalmışıq qanmıram.Yazıq A.Nağı 20 nəfər tapıb ABŞ səfirliyinə etiazını bildirə bilmir.Hansı intihar eləyən kişiyə baxırsan səbəb ya cayxanasını bağlayıblar, ya da çoxlu borcu var.

Son yazılar