Ermənistan müxalifəti "məxməri inqilab" komitəsinin yaradıldığını elan edib

Ermənistanın sabiq prezidenti Serj Sarqsyana qarşı etiraz aksiyasına rəhbərlik edən müxalifətçi deputat Nikol Paşinyan "məxməri inqilab" komitəsinin yaradıldığını elan edib.

“Report” RİA "Novosti"yə istinadla xəbər verir ki, o, həmçinin bəyan edib ki, ölkədə dövlət idarələrinin blokadasına çərşənbə günündən başlanacaq və onun tərəfdarları İrəvan küçələrində hakimiyyət nümayəndələri üçün buraxılış məntəqələri yaratmaq niyyətindədirlər.

Müxalifət mitinqdən sonra İrəvanın küçələri ilə yürüşə başlayacaq. Eyni zamanda Paşinyan etirazçıları küçələrdə qalmamağa çağırıb.

"Yürüşü keçirib Respublika meydanına qayıdırıq, musiqiyə qulaq asıb gecələmək üçün evə gedirik", - deyə o bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar