2500-dən çox küçə və prospektin məkan göstəriciləri təsdiqlənib

 

2017-ci il ərzində Azərbaycanda məkan göstəricilərinin təsdiq olunması üçün müvafiq icra hakimiyyəti orqanlarına respublika tabeli şəhər və rayon mərkəzləri üzrə 3 minə yaxın küçə və prospekt adı göndərilib.

Trend-in məlumatına görə, onlardan 2500-dən çoxunun məkan göstəriciləri təsdiqlənib.

Bununla yanaşı, ötən müddətdə 2056 adsız nəqliyyat infrastrukturunun adlandırılması üçün müvafiq icra hakimiyyəti orqanlarına müraciət edilib. Onların 2046-a ad verilib.

Ünvanvermə məqsədləri ilə ortofoto xəritələri olmayan və ya mövcud olan xəritələrin real vəziyyəti tam əks etdirmədiyi bir sıra ərazilərin 360-a yaxınının ortofoto xəritəsi hazırlanıb.

635x100

Şərhlər

t.ədalət 2018-04-17 23:28:10

Küçə və prospektlərə ad verənlər yaxşı düşünməlidirlər.Verdikləri adın kimliyini müəyyənləşdirməlidirlər.Yaşadığım əraziyə yaxın küçənin adı Kaveroçkindir.Onun kimliyi ilə maraqlandım.Məlum oldu ki,keçmişdə Rusiyaya daşınan neft istehsalçılarındandır.Azərbaycana,onun hansısa tale yüklü məsələsinə aidiyyatı olmayan,Xəzər dənizinin altındakı neft yataqlarını sovet höküməti üçün qəddarcasına istismar edənlərdən biri olub.Belələrinin adına küçə vermək düzgün hesab oluna bilməz.Biz səhvlərimizi düzəltməliyik.

Son yazılar