Serj Sarkisyanın iqamətgahı önündə kütləvi aksiya başlayıb

Ermənistanda parlamentin üzvü Nikol Paşinyanın liderliyi ilə Serj Sarkisyanın baş nazir seçilməsinə etiraz edən nümayişçilər hökumət başçısının iqamətgahı önünə toplaşıblar.

APA-nın “news.am”a istinadən verdiyi məlumata görə, Nikol Paşinyan iqamətgahın blokadaya alınacağını elan edib. İqamətgahın qarşısında yalnız bir neçə polis əməkdaşının olduğu bildirilir.

N. Paşinyan çıxışında deyib ki, gecə Sers Sarkisyan polis qüvvələrinin və tikanlı məftillərin küçələrdən yığışdırılmasına göstəriş verib: "Çünki mən dünən Respublika meydanında bəyan etmişdim ki, bundan sonra Serj Sarkisyan Ermənistana tikanlı məftillərin arxasından boylanacaq".

Qeyd edək ki, aprelin 17-də parlamentdə keçirilən xüsusi iclasda Serj Sarkisyan baş nazir təyin olunub. Konstitusiya dəyişikliyindən sonra Ermənistanda prezidentin səlahiyyətləri baş nazirə verilib. Ölkəni bundan sonra baş nazir idarə edəcək.

Ermənistanda etiraz aksiyaları aprelin 13-dən başlayıb.

635x100

Şərhlər

t.ədalət 2018-04-18 11:42:20

ermənilər, rusiyanın etibarlı dostu və Azərbaycan ərazilərinin işğal ortağı olan sarqsyandan yaxa qurtarmağa çalışırlar.Güman ki ondan qurtulacaqlar.Putinin tez-tez sarqsyana zəng etməsi rusiyanın ciddi narahatlığından xəbər verir.Hiss olunur ki,ABŞ bu məsələdə mitinqçilərin arxasındadır.Həmişə olduğu kimi rusiya burda da uduzacaq.

Son yazılar