İSTEFAYA GETMİŞ HÖKUMƏTLƏ BAĞLI SƏRƏNCAM - Səlahiyyətlər kimə həvalə edildi?

Prezident İlham Əliyev Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, Nazirlər Kabinetinin yeni tərkibi formalaşdırılanadək Azərbaycan Respublikası Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi Nazirlər Kabinetinin əvvəlki tərkibinə həvalə edilib.

Sərəncam imzalandığı gündən qüvvəyə minib.

Qeyd edək ki, Konstitusiyaya görə, bu gün Prezident İlham Əliyev and içdikdən dərhal sonra hökumət tam tərkibdə istefaya göndərilib. Söhbət aşağıdakı vəzifələri tutan şəxslərdən gedir: 

Baş nazir Artur Rasizadə

Baş nazirin birinci müavini Yaqub Eyyubov

Baş nazirin müavinləri Əli Əhmədov, Abid Şərifov, İsmət Abasov, Elçin Əfəndiyev

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov

Xarici işlər naziri Elmar Məmmədyarov

Müdafiə naziri Zakir Həsənov

Ədliyyə naziri Fikrət Məmmədov

Daxili işlər naziri Ramil Usubov

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov

Müdafiə sənayesi naziri Yavər Camalov

Maliyyə naziri Samir Şərifov

Vergilər naziri Mikayıl Cabbarov

İqtisadiyyat naziri Şahin Mustafayev

Kənd təsərrüfatı naziri Heydər Əsədov

Energetika naziri Pərviz Şahbazov

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov

Səhiyyə naziri Oqtay Şirəliyev

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev

Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov

Gənclər və idman naziri Azad Rəhimov

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev

Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev

Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanov

Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev

Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov

Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayev.

Təhsil naziri və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri postları isə boşdur.

 

635x100

Şərhlər

Alim pedaqoq 2018-04-18 12:50:55

Dərinliyinə varmağa ehtiyac olmayan, çox müdrik və yerində verilən dəyərli təklifdir ki, bilavasitə Prezidentə tabe olan ELM və İNNOVASİYA Nazirliyi yaradılmalıdır. Bu aksiyomaya şübhə edən ixtiyar sahibləri ya "zəlzələdən", ya "vəlvələdən" doğru yolda ola bilməz. Təbriklər və uğurlar!

G.M 2018-04-18 12:50:55

Ciddi islahatlar olmasa...``ağabaladan`` incimək lazım deyil..heç Lazımın gəlməsinə də ehtiyac olmayacaq.

Təklif 2018-04-18 12:50:55

davamı.. Həmin nazirlikdə hər bir layihə və yenilik (ixtira) üçün ayrılacaq pullarla bağlı şəxsən prezident sərəncam verməlidir. Əgər belə bir nazirlik yaradılarsa onda 20-30 il sonra Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələrindən biri olar həm maddi cəhətdən həm hərbi sahədə həm səhiyyədə həm təhsildə həm də digər sahələrdə.

Təklif 2018-04-18 12:50:55

Dünyanın ən inkişaf etmiş ölkələrindəki kimi bizdə də yeni bir nazirlik yaradılmalıdır. İnnovasiya Nazirliyi (və ya Elm və İnnovasiya Nazirliyi). Həmin nazirliyə elə bir nazir təyin olunmalıdır ki, istədiyi vaxt, rahat şəkildə vasitəçisiz prezidentə sözünü çatdıra bilsin. (Məsələn Osmanlı dövründə bir çox elmi ixtiranın qarşısını vəzirlər kəsib). Həmin nazirliyin işi sırf elmi ixtiralar olmaldır. Öklə daxilindən və ya xaricdən hər bir sahə üzrə alimlər ora cəlb edilməlidir.

R-n 2018-04-18 12:50:55

Ay millet,hec ne deyishmeyecek. Ola bilsin ki,E.Efendiyev,Artur getsin,vessalam....

Cabir 2018-04-18 12:50:55

Bunlar;n 95 faizi istefaya getməlidir.Ay kişi, 20-30 ildə bu ölkədə kadr yetişə bilmirsə bu nə ölkəsidir? Nazir postunda 3-5 il olar.25-30 il bir postda oyturmaq o yeri satın almağa bənzəyir.Belə halda hansı inkişafdan danışmaq olar. Axı dünya inkişaf edir,Yeni başla,ağıllar,nəzəriyyələr,texnologiyalar,dövlətlər yaranır.Biz hansı baqajla irəli gedirik?

Son yazılar