VERGİLƏR NAZİRLİYİNDƏ NÖVBƏTİ KÜTLƏVİ İXTİSAR - Cabbarov müfəttişlərin “axırına çıxacaq”

Vergilər Nazirliyində növbəti kütləvi ixtisar həyata keçirilib. "AzPolitika" Mia.az-a istinadla xəbər verir ki, nazir Mikayıl Cabbarov növbəti dəfə kütləvi işdənçıxarma ilə bağlı əmr imzalayıb. Belə ki, bu dəfə də ixtisarlara düşənlər Vergilər Nazirliyinin nəzdində büdcədənkənar fond hesablı müfəttişlər olub.

Saytın yazdığına görə, M.Cabbarov seçkidən sonra analoji əmr verərək hər idarədə 5-6 nəfər olmaqla, ümumilikdə 20-dən çox büdcədənkənar fond hesablı müfəttişləri işdən çıxarıb. O da bildirilir ki, Mikayıl Cabbarov büdcədənkənar fond hesablı müfəttişləri nazirlik sistemindən tamamilə uzaqlaşdırmaq istəyir. Yəqin ki, böyük səs-küy olmaması üçün bu sistemi birfələlik deyil, mərhələli şəkildə ləğv edəcək.

Məlumat üçün bildirək ki, Mikayıl Cabbarov vergilər naziri təyin olunandan sonra qısa müddət ərzində qurumda mühüm dəyişikliklər edib. Xüsusən də sabiq nazir Fazil Məmmədova yaxın bütün yüksək rütbəli məmurları nazirlikdən kənarlaşdırıb.

Görünən odur ki, nazir bu prosesi davam etdirmək niyyətindədir.

635x100

Şərhlər

ENUR 2018-04-18 21:12:14

425 Nefer isci ixtisar edilib son gunlerde ne 20 davamini arzulayiriq hamsin cixarsin saylarin 2000 nefer idi artiq 1200 qalib ))

gember gulu 2018-04-18 21:12:14

kecmis hormetli nazir ve bandasinin sayesinde olkede eyle hal bas verdiki butun biznesmenler olkeden gacti yada isini birakti. Simdiki hormetli nazir gordiki biznesmenden isleyenden cok vergi iscisi var hele cok cikarmalai gocolari temizalemeli.Vergi yuzunden heps edilen gunasizlarin hakki aranmali vergicide cinayet islemisse ni cekmelicezasi

NURəddin 2018-04-18 21:12:14

Vergilər Nazirliyi ilə Gömrüyü birləşdirsələr Mədəniyyət və turizmi isə ayırsalar əla olar.Bunlar bir-biri ilə ziddiyyət təşkil edən tərəflətdir.Hansı axmaq bunları bir araya gətirib? Kim nə qələt edirsə bizimkilər ondan betərini edir. Ona görə bu günlərə qaldıq.

Son yazılar