Gürcüstan İTV Azərbaycan dilində xəbərlər yayımlayacaq

Gürcüstanın İctimai Televiziyası (İTV) may ayından etibarən Azərbaycan və erməni dillərində xəbərlər proqramı yayımlamağa başlayacaq.

APA-nın yerli bürosunun məlumatına əsasən, xəbər buraxılışları “Rəngarəng Gürcüstan” layihəsi çərçivəsində hazırlanacaq. Xəbərləri İTV-nin rəsmi www.1tv.ge internet səhifəsindən izləmək mümkün olacaq. Azərbaycan və erməni dillərində xəbərlər hər gün saat 20:00-da təqdim olunacaq.

Xəbərlərin Azərbaycan və erməni dillərində təqdim olunmasının əsas məqsədi Gürcüstanda yaşayan azərbaycanlıları və erməniləri ölkədə və dünyada baş verən proseslərlə onların öz ana dillərində məlumatlandırmaqdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar