Naxçıvan əhalisinin sayı açıqlanıb

Naxçıvan Muxtar Respublikasının əhalisinin sayı açıqlanıb.

APA-nın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi 1 mart 2018-ci il tarixə muxtar respublikada əhalinin sayının bir il öncəyə nisbətdə 3 min 600 nəfər artdığını açıqlayıb.

Beləliklə, Naxçıvan əhalisinin sayı 453 min 600 nəfərə çatıb.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi 1 mart 2017-ci il tarixə muxtar respublikada əhalinin sayının 450 min nəfərə çatdığını açıqlayıb.

635x100

Şərhlər

Vətən sevalı 2018-04-18 22:40:43

Görəsən, bu siyahıya qaçmış,başqa yerlərə getmiş,məs.;İstambuldakı Naxçıvan məhəlləsnin sakinləri də daxildir?

Son yazılar