Tramp MKİ başçısının Kim Çen Inla görüşdüyünü təsdiqlədi

 

ABŞ prezidenti Donald Tramp təsdiqləyib ki, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru, dövlət katibi vəzifəsinə namizəd Mayk Pompeo ötən həftə Şimali Koreya lideri Kim Çen Inla görüşüb.

“Mayk Pompeo Kim Çen Inla KXDR-də ötən həftə görüşüb. Görüş çox hamar keçib, yaxşı münasibətlər formalaşıb. Hazırda zirvə görüşünün detalları işlənib hazırlanır. Nüvə silahının ləğvi dünya və Şimali Koreyanın özü uçun nəhəng nailiyyət olacaq”, - Tramp özünün “Twitter” mikrobloqunda yazıb.

“Washington Post” qeyd edir ki, bu səfər 2000-ci ildən sonra iki ölkə arasında ən yüksək səviyyədə ilk görüş olub. 18 il bundan öncə ABŞ dövlət katibi Madlen Olbrayt Şimali Koreyanın lideri Kim Çen İrlə görüşmüşdü.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar