Azərbaycanda həbs edilən Türkiyə vətəndaşının müdafiəsinə 2 vəkil qoşulub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Türkiyədə axtarışda olan Mustafa Ceyhan Yaşar oğlunun öz ölkəsinə təhvil verilməsi barədə Azərbaycan Ədliyyə Nazirliyi və Baş Prokurorluğun təqdimatı üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə M. Ceyhanın müdafiəsinə 2 vəkil qoşulduğu məlum olub.

Təqsirləndirilən şəxs dövlət hesabına tutulmuş vəkildən imtina edib.

Məhkəməyə Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndəsi də müşahidəçi qismində iştirak edib.

İşə yeni qoşulan vəkillər iş materialları ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyib.

Prosesdə ittiham tərəfi vəsatətlə çıxış edərək, M. Ceyhanın həbs müddətinin uzadılmasını və Miqrasiya Xidmətinə sorğu verilməsini istəyib.

Məhkəmədə o da məlum olub ki, BMT-nin Qaçqınlar Üzrə Ali Komissarlığı təqsirləndirilən şəxsi siyasi qaçqın kimi himayəsinə götürüb.

Məhkəmə vəsatətlərə münasibət bildirmək üçün prosesi sabahadək təxirə salıb.

Qeyd edək ki, Türkiyə vətəndaşı Mustafa Ceyhan Fətullahçı Terror Təşkilatını (FETÖ) üzvü olmaqda ittiham edilərək, barəsində axtarış elan olunub. O, ötən ilin aprel ayında Gürcüstan Respublikasından Azərbaycana qanunsuz yolla keçmək istəyən zaman həbs edilib.

Qazax Rayon Məhkəməsinin hökmü ilə o, Azərbaycan Respublikasının sərhədlərini qanunsuz yolla keçməyə cəhd etməkdə ittiham olunaraq, 1 il müddətinə azadlıqdan məhrum edilib.

Daha sonra Türkiyə Respublikası Mustafa Ceyhanın ekstradisiya olunması ilə bağlı Azərbaycana müraciət edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar