Poçtla göndərilmiş narkotik vasitə və psixotrop maddə müsadirə edilib – VİDEO

Dərc olunub: 19/04/2018 - 14:42

db413fc9-b5d7-4e09-bf85-83f89eff2f5a_292Azərbaycanda poçtla göndərilən narkotik vasitə və psixotrop maddə saxlanılıb.

Dövlət Gömrük Komitəsindən “Report”a verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddənin poçt vasitəsilə qanunsuz yolla ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.

Gömrük əməkdaşlarının nəzarətində olan marşrut üzrə ABŞ-dan Azərbaycana – Bakı şəhərində ailəsi ilə birlikdə yaşayan Heather Christine Ulrichin adına invoysda “yuyucu vasitə, əl sabunu, açar qabı, şirniyyat” göstərilən poçt bağlaması daxil olub.

Həmin poçt bağlamasına Bakı Karqo Terminalında kinoloji xidmət iti tətbiq edilməklə gömrük nəzarəti keçirilib. Gömrük nəzarəti zamanı, xidməti it reaksiya verdiyi üçün bağlama saxlanılıb və yükün sahibi hava limanına dəvət olunub.

Daha sonra Hava Nəqliyyatında Baş Gömrük İdarəsində sözügedən şəxsin iştirakı ilə bağlama təkrar yoxlanılıb. Nəticədə, bağlamanın içində invoysda göstərilən mallardan əlavə gömrük sərhədindən düzgün bəyan etməməklə keçirilən həblər aşkar edilib.

Bunlar – üzərində “Oxycodone-Acetaminophen 10-325″ sözləri yazılmış plastik qabda 270 ədəd, üzərində “Hydrocodone-Acetaminophen 7.5-325″ sözləri yazılmış plastik qabda 180 ədəd, üzərində “Methylphenidate ER 54 mg tab” sözləri yazılmış plastik qabda 90 ədəd və üzərində “Pjmasks Tangy Candy” sözləri yazılmış iki ədəd polietilen paketdə 10 ədəd həb olub.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, üzərində “Oxycodone-Acetaminophen 10-325″ markalanma yazısı olan flakondakı 270 ədəd həbin tərkibində ümumilikdə 2,7 qram oksikodon, 87,75 qram asetaminofen; üzərində “Hydrocodone-Acetaminophen 7,5-325″ markalanma yazısı flakondakı 180 ədəd həbin tərkibində ümumilikdə 1,35 qram hidrokodon, 87,75 qram asetaminofen; üzərində “Methylphenidate ER 54 mg tab” markalanma yazısı olan flakondakı 90 ədəd həbin tərkibində ümumilikdə 4,86 qram metilfenidat müəyyən edilib.

Oksikodon, hidrokodon preparatları Azərbaycan ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına, metilfenidat preparatı Azərbaycan ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına daxildir.


loading...




Fikrinizi bildirin