Ukraynada Azərbaycan vətəndaşı qadın alveri ittihamı ilə həbs edilib

Dərc olunub: 19/04/2018 - 15:06

645b254e-9deb-4c61-bf9e-a84026f4124f_292Ukraynanın Kiyev şəhərində Şevçenko rayon polisi Azərbaycan vətəndaşını insan alveri ittihamı ilə saxlayıb.

“Report”un əldə etdiyi məlumata görə, rayon məhkəməsi 1990-cı il təvəllüdlü Abbasov Orxan Əfqan oğlu barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilməsi barədə qərar qəbul edib.

O.Abbasov Ukraynadan xaricə kütləvi şəkildə qadın eskort etməkdə ittiham olunur. O isə irəli sürülən ittihamla razılaşmayaraq, hüquqi yardım tələb edib.


loading...




Fikrinizi bildirin