"ALLAH MƏNƏ DƏRS VERDİ, GÖSTƏRDİ Kİ..." - Gülər Əhmədova

MTN işçilərinin bu axtarışda, mənim evimdə nə işi vardı? Onlar nə gəzirdilər?

“Yeni Müsavat”ın öz Facebook səhifəsində gerçəkləşdirdiyi canlı yayım verilişinin son qonağı sabiq deputat Gülər Əhmədova olub. G.Əhmədova saat yarım davam edən söhbət zamanı bu günə qədər açıqlamadığı bəzi məqamlara toxunub.

Həbsi, eləcə də məhkəməsinin ədalətli keçirilib-keçirilməməsi ilə bağlı oxuculardan gələn suallara cavabında G.Əhmədova bildirib ki, həbsi qurama oyun idi: “Müxalifət məni vururdu, iqtidar məni vururdu. Halbuki, göstərilən videonun əsli deyildi. Amma bunu göydə qəbul etdilər. Çünki işin arxasında böyük qüvvə var idi. Amma indi o qüvvə yoxdur. Allah o qüvvəni toz kimi yox etdi. Elşad Abdullayevin arxasında dayanan qüvvəni, MTN-i nəzərdə tuturam. Mən işarə ilə hərdən demişəm, amma ilk dəfədir ki, belə açıq danışıram. Elşad Abdullayev necə gizli çəkiliş apara bilərdi? Mənim evimdə axtarış gedir. Yaxşı, mənim işimi prokurorluq aparır, onların işçiləri də axtarış keçirirdi. MTN işçilərinin bu axtarışda, mənim evimdə nə işi vardı? Onlar nə gəzirdilər? Və bir çox məsələlər vardı ki, anlayırdım. Mən məhkəmədə bunu necə deyə bilərdim? Mənim elə bir gücüm-qüdrətim yoxdur. İndinin özündə də onların adını qorxa-qorxa çəkirəm. Mən qorxuram. Siz qorxmursuz?”

Sabiq deputat məhkəmənin ədalətli keçirilmədiyini vurğuladı. Onun sözlərinə görə, sabiq ABU rektoru Elşad Abdullayevin ifadə vermədiyi məhkəmə ədalətli sayıla bilməz: “Bu oyun Gülər Əhmədovanın başının üstündə qurulmamışdı. Daha böyük bir oyun idi və dövlətçiliyə qarşı nəzərdə tutulmuşdu. Məhkəmə olmayıb, heç nə məlum deyil. Baxırsan ki, ATƏT bununla bağlı hesabat verir. Mən artıq deputat mandatımdan imtina etmişdim. Bu günə qədər də deyirəm ki, hanı videonun əsli? Mənə qarşı ədalətsizlik olub. Əslində bu, qurulmuş bir oyun idi. Sonradan açıldı”.

G.Əhmədova eyni zamanda həbsindən öncə yaşadığı bəzi hadisələrin də ona dərs olaraq geri qayıtdığını bildirib: “Bu hadisə başıma gələndə öz-özümə deyirdim ki, Gülər, bu həbs sənə dərs olsun. Çünki deputatlığım dönəmində yanıma çoxlu şikayətçilər gəlirdi. Hərəsinin də bir dərdi. Bir də görürdün, biri deyir ki, Gülər xanım, mən şərlənmişəm. Mən də ona deyirdim ki, etmədiyin bir işə görə səni necə şərləyə bilərlər? Gəlsin görüm, kimsə məni şərləsin, şərləyə biləcəkmi? Amma Allah mənə dərs verdi, göstərdi ki, şərləmək mümkündür”.

Sabiq deputat bundan sonra deputat olmaq istəyi ilə bağlı suallara cavabında isə ailəsi, şəxsi həyatı ilə bağlı böyük arzuları olduğunu deyib: “Deputat olmadan yaşamaq mümkün deyil?”(musavat.com).

635x100

Şərhlər

ÖzƏl Poptüfeng $ 2018-04-19 16:11:50

Bu işdə də sıravi ... Azərbaycanda məmur oğurluğu imkanlarını nümayiş etdirdilər!?

ELSHAD ABDULLAYEV 2018-04-19 16:11:50

Gülər Əhmədova bəyan edir ki, onun barəsində məhkəmə ədalətsiz olub. Bəli, düz deyir, mən də bir hüquqşünas kimi hesab edirəm ki, Gülər Əhmədova haqqında Azərbaycan məhkəmələri ədalətsiz olub. Ortda əleyhinə ciddi ittihamların olmasına baxmayaraq Azərbaycan Hüquq Mühafizə Orqanları tərəfindən cinayət əməllərinə düzgün hüquqi qiymət verilməyib. sadəcə olaraq , ictimai rəyi aldatmaq məqsədilə ona simvolik cəza verildi. Gülər Əhmədova haqqında məhkəmə hökmü sifarişlə qəbul edilib. Bir hüquqşünas olaraq hesab edirəm ki, Gülər Əhmədovanın məhkəməsi Azərbaycan ədliyyə tarixinin ən qara səhifəsidir və bu cinayət işində adları keçən dövlətin gücündən bilə-bilə cinayətkarcasına sui-istifadə edən vəzifəli şəxslərə, Prokurorluq və Məhkəmə işçilərinə Beynəlxalq sanksiya - Maqnitski Aktı tətbiq olunmalıdır. ..... Mahir Abdullayevin ogurlanması cinayətində iştirak etməsı iddia deyil, konkret cinayət faktıdır..... : O,.... Azəbaycanda adam ogurlugu ilə məşgul olan mütəşəkkil cinayətkar şəbəkəyə Drijorluq edir... Daha sonra, Gülər Əhmədova bəyan edir ki, guya onu şərləyiblər, guya mənim onun barəsində ictimailəşdirdiyim gizli video görüntülər saxtadır. Lakin, 14 dekabr 2013-cü il tarixli Ekspertza rəyinə görə Elşad Abdullayevin Gülər Əhmədova və rəfiqəsi Sevinc Babayevanın gizli video görüntüləri saxta deyil : " Sevinc Babayeva ilə Elşad Abdullayev arasında olan telefon danışığının ekspertizasının nəticəsi elan olunub. Ekspertiza müəyyən edib ki, səslər həmin şəxslərin özlərinə məxsusdur, lakin faylda redaktə işləri aparılıb. Bunun üçün də faylın yazılma tarixini müəyyən etmək mümkün olmayıb. Səs yazısında montaj müəyyən edilməyib. Daha sonra S. Babayeva, E. Abdullayev və G. Əhmədova ilə bağlı ekspertizanın rəyi elan olunub. Rəyə görə, səslər onların özlərinə məxsusdur. Danışanların mimika və jestləri hərəkətlərlə sinxron təşkil edir. Videoyazıda səsin saxtalaşdırılması mümkün deyil. " KQB............ ölkədə Mahir Abdullayevin ogurlanması cinayəti kimi bu metodla yüzlərlə iş adamını ogurladıb əmlakını-pulunu ələ keçiriblər, dövlətin gücündən və vəzifə səlahiyyətlərindən cinayətkarcasna sui-istifadə edərək minlərlə iş adamını zəlil edib dogma vətənlərindən didərgin salıblar........... .................Gülər Əhmədova özünün keçmiş Komissiya sədri MTN naziri Eldar Mahmudovun məhkəməyə verilməsindən istifadə edərək ozunu təmizə cixarmaq istəyir. İndi də qalan günahlarını Eldar Mahmudovun MTN işi məhkəməsində batırmaq istəyir. Bunun üçün....... Gülər Əhmədovanın hazırkı məqsədi özünün yeni "İmam övladı" imicini formalaşdırmaq istəyir. Bunun üçün jurnalist etikasını və əxlaqını pula satan bəzi qəzetçilərin xidmətindən istifadə edir.

srymur 2018-04-19 16:11:50

ne yiqarsan ashina o da qeler qashiqina

Müəllimə 2018-04-19 16:11:50

Müəllim öyrədən kimi ən təminatlı yaşayışa layiqdır. Amma, ....öz adını gizlətmə kənara Müəllim sözünü ləkələyir. Gülər xanımın məbləğ və çatacaq ünvanın adı ilə aydın səsini dünyada yüz minlərlə adamlar ekran və efirdən dəfələrlə eşidiblər. .................

Roma 2018-04-19 16:11:50

Görəsən Gülər xanım kimi, "deputat-Respublika Uşaq Təşkilatının sədri-Bakı Dövlət Universitetinin müəlliməsi-Azərbaycan-Fransa parlamentlərarası komissiyanın üzvü və s. və i.", enerjili adam varmı. Əlbəttə sıradan bir insanın bu qədər yükü çəkməsi mümkün deyil. Bu saydığım yerlərdə Gülər xanımın yeri" necə də" görünür.

G.M 2018-04-19 16:11:50

Gülər hələ də .... davam etdirir.Günahlarını ``batmaqda oln`` MTN Gəmisində batırmağa çalışır.Özünün yeni ``İmam övladı`` imicini formalaşdırmaq istəyir.Arifoğludan yapışıb YAP-dakı rəqiblərini yıxmağa çalışır.Bir sözlə YAP-ın ``Yeni Güləri`` olmağa can atır.

oxucu 2018-04-19 16:11:50

vaxt var idi " yeni musavatı" işdə xəlvət oxuyurdular.Bir dəfə işdə iki nəfər bərk dava elədilər.biri o birisini müdirə satdı ki "yeni musavat" oxuyur Müdir həmin adamı çağırdı xəbərdarlıq elədi ki bir də üşitsəm ki o qəzeti oxuyursan ərizəni yaz get.

Müəllim 2018-04-19 16:11:50

Gülər xanım, sizin təmiz adam olduğunuzu bilirik. Gərək o ticarətçilərdən uzaq olaydınız. Onlar pula, var-dövlətə görə bir çox evlər yıxıblar. Bu da bir sınaq oldu. Darıxmayın, Allah qoysa su gələn arxa bir də su gələr.

ayzek 2018-04-19 16:11:50

..... ABİD OLUB?

oxucu 2018-04-19 16:11:50

utanmasan oynamağa nə var ki

Vahid 2018-04-19 16:11:50

Elə "yeni mwsavat" qəzeti də YAP-ın kopisi, Rauf isə ...

Gulere cavab 2018-04-19 16:11:50

....mtn kimiyidi? Bu olkenin huquq-muhafize orqani.dawlamaga agac tapmisiz. Kimin ne pis emeli var atir mtnin boynuna. .....

Sevinc 2018-04-19 16:11:50

Bəs Sevinc Babayeva? Əcəli çatmışdı, yoxsa...

Pensioner 2018-04-19 16:11:50

Ay musavat, vay musavat... Ay raufoğlu, vay raufoğlu... Herden qezetin öten illerden qalan nömrelerine bax... İndi de senin elinle malalama işleri aparırlar...deyesen artıq ayı eti meselesi aktual deyil

Oqtay 2018-04-19 16:11:50

Gözümlə gördüyüm şeyləri danır Elə bil Abdullayevin üstünə xoruz kimi şığıyııb xox gələn bu deyildi.Birdə o ölən dediki bununla o pulları saydılar Adam spz tapa bilmir bu necə qaraya ağ deyir

miri 2018-04-19 16:11:50

Məmləkətdə hər kəs ona verilən imtiyazlar çərçivəsində haqsızlıq edir. nisbətən kiçik haqsızlıqları icra edənləri bəzən bir biri ilə toqqusdurur.Ona görə ən yaxşısı bir tikə yal üçün haqsız işlərə getmeməkdir. Allah hər kəsə hidayət versin ki, sonradan qayıdışa (tövbə) ehtiyac qalmasın. İnşəallah.

Van Gogh 2018-04-19 16:11:50

Əziz balalar, "Dünya uşaq ədəbiyyatı kitabxanası"ndan Gülər nənənin sehrli nağılını oxudunuz. Göydən 3 alma düşdü: biri Gülər nənənin, biri Elşadın, biri də "Yeni Müsavat" qəzetinin.

vidadi 2018-04-19 16:11:50

........MTN isi gucu yoxdur ki biznes akulalari ola ola belelerine ilissin..... Xanim deyesen MTN isinden istifade ederek ozunu temize cixarmaq isteyir....O ne kimi vezife tuturdu ki MTN, ,prokurorluq,mehkeme hamisi bu isde bir movqeden cixis etmisdi. Onun elinde hansi tesir aleti var idi ki onunla bele qerar verilsin. Yox xanim siz deputat adini uyğun iş görmediniz, ona gore de cavab verdiniz

Yaşar 2018-04-19 16:11:50

Heç Əvəz Zeynallıdan danışmadı bu xanım. Onunku həqiqət, səninki şər idi? Bircə sözünlə razıyam, ALLAH başınıza gətirəcək, heç kimi şərləməyin!

Van Gogha 2018-04-19 16:11:50

Sərhlər qurbanları göstərdi və artıq milyon çatacaq özgə qurdların adı çəkilmir?

Son yazılar