Metronun "Koroğlu" stansiyası müvəqqəti bağlanır

Aparılacaq təmir işləri ilə əlaqədar "Bakı Metropoliteni" QSC-nin “Koroğlu” stansiyasının "piramida" adlandırılan giriş-çıxışı aprelin 21-dən müvəqqəti olaraq bağlanılacaq.

"Report" quruma istinadən xəbər verir ki, stansiyanın digər bütün giriş-çıxışları ("Alov" parkı, Nəqliyyat Mübadilə Mərkəzi, Milli Gimnastika Arenası, avtomobil dayanacağı, şəhərətrafı kənd və qəsəbələrə hərəkət edən elektrik qatarları istiqamətində) açıq olacaq.

635x100

Şərhlər

məmmədqulu 2018-04-19 15:08:08

Voobşe hamsını bağlayın, bu millət peşkom gəzməyə öyrəşib.

Son yazılar