Milli Məclisin aprelin 24-də keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb

Milli Məclisin aprelin 24-də keçiriləcək plenar iclasının gündəliyi məlum olub.

“Report” xəbər verir ki, iclasın gündəliyinə 19 məsələnin müzakirəsi daxil edilib.

İclasda “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Konstitusiya qanunu (ikinci səsvermə), “Peşə təhsili haqqında”, qanunun layihəsi (üçüncü oxunuş), “Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918-2018)” Azərbaycan yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihələri İnzibati Xətalar Cinayət və Vergi Məcəllərinə dəyişiklik ediləcək.

Habelə, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsman) illik məruzəsi müzakirəyə çıxarılacaq.

Bundan başqa, iclasda “Dövlət qulluğu haqqında”, “Əmək pensiyaları”, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında”, “İcra haqqında”, “Könüllü fəaliyyət haqqında”, “Sosial müavinətlər haqqında”, “Sosial sığorta haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” və “Məşğulluq haqqında” qanun layihələri müzakirəyə çıxarılacaq.

635x100

Şərhlər

Hərbiçi 2018-04-19 15:40:48

Hərbiçilərin xidmət illərinə görə əlavə 3 faiz 2 faizlə əvəzlənib.Qanunun geriyə quvvəsi olmadığı halda nə səbəbdən 01.07.2017-ci il tarixə pensiya qazanmış hərbiçilərin pensiyası yeni qanunla hesablanır və şikayətlərə baxan heç qulq asan belə yoxdur. Mənim 25 il xidmətim var onun 5 ili 3 faizlə hesablanmalı olduğu halda 2 faizlə hesablanıb və mənim pensiyam 110 manat az hesablanıb.Xahiş olunur MM bu məsələyə aydınlıq gətirsin. SMN-də bizi dinləyən yoxdur.Xahiş edirəm bu məsələyə aydınlıq gətirilsin.

Bashirov Qarib 2018-04-19 15:40:48

prezident seçkilərindən dərhal sonra yalnız sosial sferanı əhatə edən qanun lahiyələrinin muzakirəyə çıxarılması yaxşı heç nə vəd etmir.H.Rəcəbli nə isə fikirləşib tapıb.

Son yazılar