“Aliment fondu”nun yaradılması qaçılmaz zərurətdir” - Elmira Süleymanova

“Aliment borcları üzrə məcburi ödəniş mexanizmi hazırlanmalı və tətbiq edilməlidir”.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkklilinin (Ombudsman) Elmira Süleymanovanın 2017-ci il üzrə illik məruzəsində deyilir.

“Mövcud vəziyyət, rəsmi nikahda olmayan və ya natamam ailələrin, boşanmaların və baxımsız uşaqların sayının artması göstərir ki, Müvəkkilin illik məruzələrində və aidiyyəti qurumlara müraciətlərində öz əksini tapmış “Aliment fondu”nun yaradılması qaçılmaz zərurətdir”, - deyə illik məruzədə vurğulanır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar