Ombudsman uşaq bağçalarının Təhsil Nazirliyinin tabeliyinə qaytarılmasını təklif edir

Dərc olunub: 19/04/2018 - 16:27

ushaq-bagchasi-ushaqAzərbaycanın İnsan Hüquqları üzrə Müvəkklili (Ombudsman) Elmira Süleymanova məktəbəqədər təhsil müəssisələrinin Təhsil Nazirliyinin tabeliyinə qaytarılmasını zəruri hesab edir.

APA-nın xəbərinə görə, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanovanın 2017-ci il üzrə illik məruzəsində bildirilir ki, uşaq bağçalarında mövcud olan yerlərinin sayı müvafiq ərazidə yaşayan məktəbəqədər yaşlı uşaqların sayına uyğunlaşdırılmalıdır.

İllik məruzədə o da deyilir ki, bəzən yerli icra hakimiyyətləri mövcud durumda məktəbəqədər təhsilə olan ehtiyacı düzgün qiymətləndirməyib, bağçaları maddi – texniki avadanlıq və tədris ləvazimatı, ixtisaslı kadrlarla təmin etməklə məktəbəqədər yaşlı uşaqların cəlb edilməsinə şərait yaratmaq əvəzinə, böyük ehtiyac duyulan belə müəssisələri ləğv edirlər.


loading...




Fikrinizi bildirin