PROFESSOR TOFİQ QULİYEV PUTİNƏ MƏKTUB YAZDI - Mətn

Azərbaycan Dövlət İqtisad Universitetinin -UNEC-in “Əməyin iqtisadiyyatı və təşkili” kaferdrasını müdiri, Azərbaycanın Əməkdar Elm Xadimi, keçmiş SSRİ Jurnalistlər İttifaqının üzvü, “Qızıl qələm” mükafatçısı, iqtisad elmləri doktoru, professor Tofiq Əvəz oğlu Quliyev Rusiya prezidenti Vladimir Putinə məktub ünvanlayıb. Məktubda Putini yenidən Prezident seçilməsi münasibətilə təbrik edən professor Tofiq Quliyev bir qədər diplomatik formada onu Qarabağ probleminin həllində ədalətli mövqe tutmağa, Azərbaycanın haqq işini müdafiə etməyə çağırıb.

"AzPolitika.info" həmin məktubun həm rus dilində yazılmış orjinal mətnini, həm də tərcümsini təqdim edir:

ПРЕЗИДЕНТУ РОССИЙСКОЙ ФЕДЕРАЦИИ ВЛАДИМИРУ ВЛАДИМИРОВИЧУ ПУТИНУ

 

Многоуважаемый Владимир Владимирович, я внимательно посмотрел документальный фильм Андрея Кондрашова «Путин», идентичный Вашей фамилии.

В этом фильме есть очень хорошие эпизоды, среди них больше всего мое внимание привлекло следующее: пребывание Вашей семьи долгое время в бедности, Ваше проживание в однокомнатной коммунальной квартире на самом последнем этаже, которая протекала после дождей, в ней не имелось также  ванной комнаты; Вы также указываете на то, что водили в то время самый дешевый автомобиль, так называемый «Запорожец». Все это затронуло мое сердце, так как было время, когда я тоже жил в очень бедной семье, поэтому я Вас очень хорошо понимаю.

Исходя из вышеуказанного, у меня возникает к Вам интересный вопрос: на фоне событий, отображаемых в фильме, на сколько приходятся Вам по душе принципы рыночной модели экономики? И в общем, на сколько оправдана научно-теоретическая и социальная основа данной модели рыночной экономики? Также меня интересует Ваше мнение о том, на сколько концепция инклюзивного развития и инклюзивное общество, его критерии соответствуют фундаментальным инклюзивным процессам, как таковым? Невозможно не заметить существование реальных противоречий  между инклюзивным обществом и моделью рыночной экономики. Ведь очень трудно сформировать инклюзивный феномен для достойного социального существования по принципам данной модели.

Не случайно, что за последнее время в мировой философии и экономической науки возникают следующие терминологии:

  • Моральная экономика;
  • Этическая экономика;
  • Этика и конкуренция;
  • Этика и социальная ответственность предпринимателя;
  • Этика чиновника (одно из самых важных).

Кроме того, возникают и другие мысли вокруг данной концепции. Даже некоторые ученые предлагают создание теории о моральных чувствах. Однако, к сожалению, в условиях радикальной рыночной экономики дикие интересы отдельных групп людей превращаются в интересы излишнего удовольствия, которые вроде носят забавный характер.

   Хочу отметить, что я согласен с Вами о том, что крупнейшие страны мира не должны заниматься игрой двойных стандартов в отношении других стран.

Азербайджан является стратегическим партнером России, мы и в будущем будем наверняка выстраивать самые добрые добрососедские отношения с Российской Федерацией и будем заинтересованы в неразрушимой  территориальной безопасности России. Соответственно очень хотелось бы видеть такое  же и еще более прочное   отношение к Азербайджану с Вашей стороны и со стороны Вашего правительства во всех вопросах, в том числе и приоритетных.

Меня тронула Ваша забота, Ваша ласковая беседа с ребенком, заболевшим онкологическим заболеванием. Видимо Ваши благородные и тонкие чувства привели Вас к нынешней ротации, как результат Божьего дара.

Многоуважаемый Владимир Владимирович, пользуясь случаем, хочу отметить, что Я был аспирантом Плехановского Института на кафедре «Экономика труда» и докторантом МГУ имени Ломоносова. Я имею большую симпатию к российским ученым, в том числе к ученым-экономистам, срeди них есть мои близкие друзья, дружественные связи, с которыми продолжаются до сегодняшнего дня. Мне приятно, что в России высоко оценивают мои научные мысли и труды. Это для меня является гордостью.  Москву я считаю родным городом.

Хочу отметить, что еще в 1989 году Президиум Академии Наук СССР дал мне преимущество в качестве действительного члена Академии Наук Азербайджана, за что я очень благодарен российским ученым. Но, к сожалению, я не смог получить положительные голоса для того, чтобы стать действительным членом Академии Наук Азербайджана.

Желаю Вам всего самого наилучшего, благотворной работы на предстоящей президентской деятельности.

         С глубоким уважением, Тофик Аваз оглу Кулиев – заведующий кафедрой «Экономика и организация труда» Азербайджанского Государственного Экономического Университета, заслуженный деятель науки Азербайджана, бывший член Союза Журналистов СССР".

RUSİYA FEDERASİYASININ PREZİDENTİ VLADİMİR VLADİMİROVİÇ PUTİNƏ

Hörmətli Vladimir Vladimiroviç, mən Andrey Kondraşovun Sizinlə bağlı çəkdiyi "Putin" sənədli filminə diqqətlə baxmışam. Bu filmdə çox yaxşı epizodlar var. Bunların arasında mənim diqqətimi ən çox aşağıdakılar cəlb etdi: uzun müddət ailənizin yoxsulluq şəraitində yaşaması, sonuncu mərtəbədə yağışdan sonra su axıdan bir otaqlı, hamamı olmayan kommunal mənzildə yaşamağınız və qeyd etdiyiniz kimi "Zaporojets" deyilən o dövün ən ucuz avtomobilini sürməyiniz. Bütün bunlar mənim ürəyimə toxundu. Çünki bir zamanlar mən də çox kasıb bir ailədə yaşayırdım, buna görə də mən də Sizi yaxşı başa düşürəm...

Yuxarıdakıları nəzərə alaraq, məndə Sizə qarşı bəzi suallar yaranır: filmdə göstərildiyi hadisələr fonunda bazar iqtisadiyyatı modelinin prinsipləri nə dərəcədə Sizi qane edir? Ümümiyyətlə, mövcud bazar iqtisadiyyatı modelinin elmi-nəzəri və sosioloji əsasları nə dərəcədə özünü doğruldur? Məni həm də inkluziv inkişaf konsepsiyasının və inkluziv cəmiyyətin, onun meyarlarının fundamental inkluziv proseslərə nə qədər uyğun olduğuna dair fikirləriniz maraqlandırır. İnklüziv bir cəmiyyət və bazar iqtisadiyyatı modeli arasındakı real ziddiyyətlərin mövcudluğunu görməmək mümkün deyil. Axı bu modelin prinsiplərinə uyğun olaraq layiqli sosial yaşayışın inkluziv fenomeninin formalaşdırılması çox çətindir.

Təsadüfi deyil ki, son vaxtlar dünya fəlsəfəsi və iqtisadiyyat fəlsəfəsində aşağıdakı terminologiyalar ortaya çıxdı:

1) Əxlaq iqtisadiyyatı;

2) Etik iqtisadiyyat;

3) Etika və rəqabət;

4) Sahibkarın etikası və sosial məsuliyyəti;

5) Rəsmi şəxsin etikası (ən əhəmiyyətli).

Bundan əlavə, bu konsepsiyanın ətrafında başqa fikirlər də yaranır. Bəzi alimlər hətta mənəvi hisslər haqqında bir nəzəriyyənin yaradılmasını təklif edirlər. Ancaq təəssüf ki, radikal bazar iqtisadiyyatı şəraitində, müəyyən qrup insanların vəhşi maraqları həddən artıq qəribə xarakter daşıyan şəxsi zövqlərini təmin etmək cəhdinə, marağına çevrilir.

Qeyd etmək istərdim ki, Sizin dünyanın ən böyük ölkələrinın digər ölkələrə qarşı ikili standartlarla yanaşmaması fikrrinizlə də razıyam.

Azərbaycan Rusiyanın strateji tərəfdaşıdır. Rusiyanın ərazi bütöblüyünü və təhlükəsizliyini hər zaman dəstəkləmişik. Və əminəm ki, bundan sonra da Rusiya Federasiyası ilə ən yaxşı qonşuluq münasibətləri qoruyub saxlayacaq.

Buna müvafiq olaraq, Rusiya dövlətinin və Sizin hökumətinizin də bütün məsələlərində, o cümlədən ölkəmiz üçün prioritet olan məsələlərdə Azərbaycanla daha da möhkəm münasibətlərin qurulmasına çalışdığınızı görmək istərdik.

Onkoloji xəstəliyi olan bir uşağla səmimi söhbət etməyiniz də mənə çox təsir etdi. Görünür, nəcib və incə hissləriniz Sizə Allahın bir hədiyyəsidir. Hansı ki, Sizi bugünkü mövqeyə gətirib çıxardı.

Hörmətli Vladimir Vladimiroviç, fürsətdən istifadə edib, qeyd etmək istəyirəm ki, mən Plexanov İnstitutunun “Əməyin iqtisadiyyatı” kafedrasının aspirantı və Lomonosov adına Moskva Dövlət Universitetinin doktorantı olmuşam. Rus alimlərinə, o cümlədən iqtisadçılar da daxil olmaqla, böyük simpatiyam var. Onların arasında mənim yaxın dostlarım da var və dostluq əlaqələrimiz bu gün də davam edir. Mənə cox xoşdur ki, mənim elmi fikirlərimi Rusiyada çox yüksək qiymətləndirirlər. Bu mənim üçün bir qürurdur. Mən Moskvanı da özümə doğma şəhər hesab edirəm.

Qeyd etmək istərdim ki, SSRİ EA-nın Rəyasət Heyəti hələ 1989-cu ildə mənim Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilməyimi üstün olaraq tövsiyyə etmişdir. Buna görə mən Rusiya alimlərinə minnətdaram. Təəssüf ki, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü olmaq üçün öz ölkəmdə lazımı qədər səs ala bilmədim.

Sizə prezidentlik fəaliyyətinzdə gələcəkdə də uğurlar, xeyirli işlər arzulayıram.

Dərin ehtiramla professor Tofiq Əvəz oğlu Quliyev Azərbaycan Dövlət İqtisad Universitetinin “Əməyin iqtisadiyyatı və təşkili” kaferdrasını müdiri, Azərbaycanın Əməkdar Elm Xadimi, SSRİ Jurnalistlər İttifaqının keçmiş üzvü".

635x100

Şərhlər

pensiyaçı 2018-04-11 16:00:39

DEməli hadisə,ölüm olmasa.nazir yuxudan ayılmaz.Bəs səhiyyənin ümumi vəziyyəti necədir? Dövlət xəstəxana və poliklinikalarına pulsuz müraciət etmək mümkün deyil.Dərman biznesi də nazirlikdir.Ona görə dövlət xəstəxanalarına verilməli olan dərmanlar xəstəxana və poliklinikalara yaxın apteklərdə satılır.Bu da bizim dövlət səhiyyəsi və onun naziri!Ona görə ölümlərin sayı artır.

G.M 2018-04-11 16:00:39

Həlal olsun...o saaat bilinir ki,Baş həkimlə Nazir ``bir ələ oynayırlar``.....ölənlə ölmək olmaz ki.........

Son yazılar