Özəl tibb müəssisələrinə nəzarətin gücləndirilməsi təklif olunur

Azərbaycanda özəl tibb müəssisələrinə nəzarətin gücləndirilməsi təklif olunur.

“Report”un xəbərinə görə, bu təklif Azərbaycanda İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2017-ci il üzrə illik məruzəsində əksini tapıb.

Məruzədə pasiyentlərin sağlamlığının qorunması hüququnun etibarlı təmin edilməsi məqsədilə özəl tibb müəssisələrinin fəaliyyətinə nəzarətin gücləndirilməsi təklif edilir.

Qeyd edək ki, vətəndaşlar Ombudsmana özəl klinikalardakı ciddi pozuntular, qiymətlərin baha olması, müalicənin nəticəsiz qalmasından şikayətlənib.

635x100

Şərhlər

t.ədalət 2018-04-19 17:10:33

Özəl klinikalardakı özbaşınalıqdan çox saxta dərman alveri,bu sahədəki qiymətlərin anbaan artması xalqı bezikdirib.İlkin olaraq dərman sahəsi səhiyyə nazirliyinə qaytarılmalıdır.

məmmədqulu 2018-04-19 17:10:33

Görəsən omdubusmanın öz klinikasını da yoxlayacaqlar?

Son yazılar