Hərbi əməliyyatlarda həlak olan 8800 nəfərin ailəsinə 11 min manat veriləcək

Prezident İlham ƏliyevAzərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.

"APA-Economics" xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri vəzifələrinin icra edən Səlim Müslümov mətbuat konfransında çıxışı zamanı bildirib.

S.Müslümovun sözlərinə görə, ilkin informasiyaya görə 8800 şəxs bu fərmanın icrası altına düşür.

"Bu kateqoriyadan olan şəxslərə təxminən 95-100 milyon manat vəsait tələb olunacaq", - deyə nazir vurğulayıb.

Nazirin sözlərinə görə, 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailələrinə 11 min manat məbləğində birdəfəlik ödəmə veriləcək.

635x100

Şərhlər

Hərbiçi 2018-04-19 17:49:47

Hörmətli Səlim müəllim hərbi qulluqçuların güzəştli illərinə görə əlavə 3 faiz 2 faizlə əvəzlənib. Qanun 01.0702017-ci il quvvəyə minib.Mənim həmin tarixə 25 ilim var.Nə səbəbdən mənim 5 il əlavə xidmətim 2 faizdən hesablanmalıdır.Qanunun geriyə qüvvəsi yoxdur. Şikayətimizə baxan yoxdur.Cənab Prezidentimiz hərbiçilərə qayğı ilə yanaşır, onların sosial-məişət şəraitini yaxşılaşdırır.Siz isə bizim qanımız hesabına qazandığımızı əlimizdən alırsınız.Allahdan qorxun və bu məssələyə aydınlıq gətirin.

Son yazılar