Cəlilabadda məktəbli qız intihar edib

Dərc olunub: 19/04/2018 - 18:08

intiharCəlilabad rayonunda məktəbli intihar edib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Bayxanlı kəndi ərazisində baş verib.

Belə ki, kənd sakini, 2002-ci il təvəllüdlü Kamranova Aytac Hüseyn qızı özünü tövlədə asaraq intihar edib.

İntiharın səbəbləri hələlik məlum deyil.

K.Aytac 10-cu sinifdə oxuyur.

Faktla bağlı araşdırma aparılır.


loading...




Fikrinizi bildirin