Mariya Zaxarova Azərbaycanla münasibətlər haqda - "Mehriban qonşuluq, çoxəsrlik dostluq..."

"Rusiya Azərbaycanla münasibətlərə öz xarici siyasətinin əsas prioritetlərindən biri kimi baxır".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bu gün keçirdiyi ənənəvi brifinqdə deyib.

Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin olduğunu söyləyən Rusiya XİN rəsmisi iki ölkə arasında iqtisadi, siyasi və humanitar sahələrdə əlaqələrin inkişafından danışıb: "Bu əməkdaşlığın əsasında bərabərhüquqluluq prinsipi, mehriban qonşuluq, çoxəsrlik dostluq dayanır. İki ölkə arasında dövlət başçıları, hökumətlər və parlamentlər səviyyəsində qarşılıqlı sərfəli, etibarlı əlaqələr mövcuddur".

635x100

Şərhlər

t.ədalət 2018-04-19 19:05:55

Əgər Rusiya bizimlə dost kimi münasibət saxlayırsa,onda niyə ərazilərimizi işğal altında saxlayır?(Soçi görüşlərindən sonra Sayın Ərdoğanın Dağlıq Qarabağın açarının Putinin əlində olması haqqında çıxışını yadınıza salın.)

Son yazılar