“Expo 2025”-in ev sahibliyinin xərci 765 milyon avrodur” - Nazir

“Azərbaycanın “Expo 2025” ümumdünya sərgisinə ev sahibliyi etməsi ilə bağlı maliyyə məsələlərinin dəqiqləşdirilməsi və ətraflı araşdırılması məqsədilə mütəxəssislər cəlb edilib, bunun üzərində hesablamalar aparılır”.

APA-nın məlumatına görə, bunu Beynəlxalq Sərgilər Bürosunun qiymətləndirmə missiyasının Bakıya səfərinin yekunlarına dair mətbuat konfransında maliyyə naziri vəzifəsini icra edən Samir Şərifov deyib.

Onun sözlərinə görə, Bakının ev sahibi seçildiyi təqdirdə, 7 il ərzində hər il üçün təxminən 120 milyon avroyadək xərc gözlənilir: “Ümumdünya sərgisinin meydançasının qeyd olunan ərazidə tikilib hazırlanması üçün ümumi xərclərimiz 765 milyon avro məbləğində qiymətləndirilir”.

Qeyd edək ki, Beynəlxalq Sərgilər Bürosunun qiymətləndirmə missiyası Bakıda səfərdədir. Beynəlxalq missiyanın son qərarı noyabr ayında veriləcək.

635x100

Şərhlər

kasıb 2018-04-19 19:35:53

Bu EXPO-2025 görəsən kimə və nəyə lazımdır.Bu qədər büdcə fəsaitini boş şeylərə xərcləməkdənsə pensiyaların artırılmasına,səhiyyənin və təhsilin səviyyəsinin artırılmasına sərf etmək olmazmı?

Bayram 2018-04-19 19:35:53

Belə şansı əldən buraxmaq olmaz.....

hərbi pensiyaçı 2018-04-19 19:35:53

Azərbaycan büdcəsinin təxminən 10-%!!! Bu pulla təhsilin, səhiyyənin bütün problemlərini həll edib avropa səviyyəsinə çatdırmaq olar. kimə lazımdır bu sərgi: əlbəttəki, xarici şirkətlərə!.Bizim nə ağır sənayemiz, nə iri zavodlarımız, nə metallurgiya və s. yoxdur. azərbaycana birxeyri var: məmur-oliqarxların qazancı artacaq, xalqa heç birxeyi olmayan bir tədbirdir. formula bir kimi!! qudurğanlardan başqa heç kimin imkanı nə həvəsi yoxdur ona baxmağa, çünki axşama qədər əlləşir bir parça çörəkdən ötrü.

Son yazılar