Yaponiya Rusiyadan 4 adanı tələb edir

Dərc olunub: 19/04/2018 - 21:12

7985014bd02d041bea8cde23c1677b30Yaponiya Kuril adalarında keçirilən hərbi təlimlərə görə rəsmi Moskvaya etiraz edib. Axar.az xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin Baş katibi Yosixide Suqa danışıb.
“Diplomatik kanallar vasitəsilə biz (rus tərəfinə) etirazımızı bəyan etdik, çünki dörd şimal adasında hərbi gücün inkişafı ölkəmizin mövqeyi ilə uyğun deyil”, – baş katib bildirib.

Suqanın sözlərinə görə, münasibətlərin tənzimlənməsi üçün ərazi məsələsi həll edilməlidir:“Biz dörd şimal adasının qaytarılması və sülh müqaviləsinin bağlanması barədə təcili müzakirələr aparmaq niyyətindəyik”.


loading...




Fikrinizi bildirin