İraq Suriyanı bombaladı

iraqİraq Hərbi-Hava Qüvvələri İŞİD terror qruplaşmasının Suriyadakı mövqelərinə zərbələr endirib. Virtualaz.org RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu İraqın müdafiə naziri Tahsin əl-Hafaci deyib.

“Hava zərbələri dəqiq olub və Suriya ərazisində Fərat çayının şərqindəki rayonlarda İŞİD terrorçularının toplaşdığı yerlərlə onların komandanlığına endirilib”, - nazir bildirib. O əlavə edib ki, bu əməliyyat Rusiya, İran və Suriyanın daxil olduğu təhlükəsizlik üzrə ümumi mərkəzlə koordinasiya şərtilə həyata keçirilib.

İraq Müdafiə Nazirliyinin təmsilçisinin sözlərinə görə, kəşfiyyat ölkəyə təhlükənin olması barədə məlumat verərsə, hava zərbələri təkrarlanacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar