Məhərrəm Həsənov həbsdən buraxılmağa görə ziyafət verdi - Həbs olundu

Dərc olunub: 19/04/2018 - 22:32

235923_res_01Moskva regionuna tərəvəzin, meyvələrin və göyərtinin təchizatı üzrə ən iri “kölgə” oyunçularından biri, kriminal aləmdə “Pokrovka Məhərrəm” kimi tanınan Məhərrəm Həsənov azadlıqda bir həftədən az olub. Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, “qanuni oğru” Rövşən Lənkəranskinin klanının nümayəndəsini ev dustaqlığında qalma qaydalarını pozduğu üçün təkrar həbs ediblər.
Xatırladaq ki, aprelin əvvəlində Həsənov dələduzluqda ittiham olunaraq saxlanılmışdı. Sonradan məhkəmə onun barəsində ev dustaqlığı qərarı çıxarmışdı. Lakin azadlığa çıxan kimi Həsənov elə həmin axşam bu hadisənin şərəfinə restoranda ziyafət təşkil edib. Dostlarını başına yığaraq, dəstəyə görə təşəkkürünü bildirib və heç ağlına da gətirməyib ki, restoranda aparılan videoşəkiliş onu yenidən barmaqlıqlar arxasına aparacaq. Bu azmış kimi, o, İstintaq Komitəsindən gələn çağöırış vərəqələrinə də reaksiya verməyib.

Rusiyanın paytaxtında Azərbaycanın bu yetirməsi müxtəlif meyvə-tərəvəz bazalarında “briqadir” olub, oraya gələn yük maşınlarından və ticarətçilərdən “xərac” alıb. Ona tabe olmayanları isə başlarına gələcək problemlərlə təhdid edib. Bu cür fəaliyyət “Pokrovka Məhərrəm”ə 200 milyon rubl gəlir gətirib. İstisna deyil ki, irəli sürülmüş ittihamlara başqaları da əlavə olunacaq – xəfiyyələrin versiyasına görə, Həsənov sanksiyaların təsiri altında olan ərzağın qeyri-qanuni təchizatı ilə məşğul olan mütəşəkkil cinayətkar dəstəyə başçılıq edib. Qruplaşmanın digər üzvləri hazırda axtarışdadır.
Əvvəllər bildirildiyi kimi, bir vaxtlar Həsənov Biryulyovodakı Pokrovka meyvə-tərəvəz bazasında “nəzarətçi” (смотрящий) olub və “qanuni oğru” Rövşən Canıyevin (Lənkəranski) yaxın ətrafına daxil olub.


loading...




Fikrinizi bildirin