Cəlilabadda kütləvi dava baş verib

Cəlilabad rayonunda kütləvi dava baş verib. Hadisə rayonun Suluçeşmə kəndində qeydə alınıb.

Belə ki, hələlik məlum olmayan səbəbdən baş verən dava zamanı kənd sakini, 1976-cı il təvəllüdlü Muradov Yusif Qeys oğlu xəsarət alıb. Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına gətirilib və ona ilkin tibbi yardım göstərilib.

Y.Muradovun dediyinə görə, onu tanıdığı şəxslər döyüb.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar