Corc Soros Fondu Macarıstandakı ofisini bağlayır

Corc Soros tərəfindən əsası qoyulan “Açıq Cəmiyyət” Fondu (Soros Fondu) Macarıstanı tərk edir.

“Report” “Die Press”ə istinadən xəbər verir ki, fond bu il avqustun sonunda Budapeştdəki ofisini bağlamağı planlaşdırır.

Təşkilat mənzil-qərargahını Almaniya paytaxtı Berlinə köçürəcək. Hələlik “Açıq Cəmiyyət” Fondu məsələyə münasibət bildirməyib.

Macarıstanın Baş naziri Viktor Orban dəfələrlə Soros Fondunu tənqid edib. O, təşkilatı Macarıstanda siyasətlə məşğul olmaqda və liberal müxalifəti dəstəkləməkdə günahlandırıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar