PREZİDENT NAZİRLƏRDƏN BİRİNİ ABŞ-dan GƏTİRİR? - Hökumətdə gözlənilən dəyişiklərlə bağlı yeni iddialar

Artur Rəsi-zadəni iqtisadiyyat naziri Şahin Mustafayev əvəzləyəcəyi gözlənilir

Aprelin 18-də İlham Əliyev rəsmən dördüncü müddətə prezidentlik səlahiyyətlərinin icrasına başladı. Xatırladaq ki, 2013-cü ilin oktyabrın 23-də Milli Məclisdə and içərək prezident səlahiyyətlərinin icrasına başlayan İ.Əliyev dərhal Nazirlər Kabinetinin yeni tərkibini elan etmişdi. Gözlənilirdi ki, bu dəfə də andiçmə mərasimi başa çatdıqdan sonra yeni kabinetin tərkibi elan olunacaq. Amma İ.Əliyev Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərini yeni hökumət formalaşanadək icra etmələri haqda sərəncam imzaladı. 

Yada salaq ki, 2013-cü ildə seçkilərdən sonra açıqlanan yeni kabinetdə müdafiə naziri Səfər Əbiyevin, əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun və kənd təsərrüfatı naziri İsmət Abbasovun adları yox idi.

Müdafiə naziri postu Zakir Həsənova, əmək və əhalinin sosial müdafiəsi naziri postu isə Səlim Müslümova həvalə olundu. Heydər Əsədov isə kənd təsərrüfatı naziri vəzifəsinə təyinatı aldı.

“Yeni Müsavat”a daxil olan məlumata görə, hökumətin yaxın günlərdə elan olunacaq tərkibində bəzi sensasion təyinatlar gözlənilir. Məlumdur ki, neçə illərdir medianın əsas diqqəti baş nazir Artur Rəsi-zadəni əvəzləyəcək namizədə dikilib. İndiyədək bu posta ən müxtəlif şəxslərin adı hallanıb. O nazirlərin bəziləri artıq hökumətdən uzaqlaşdırılıb, bəziləri isə əvvəlki qüdrətdə deyil. İkinci bir tərəfdən, 2016-cı il konstitusiya düzəlişlərindən sonra baş nazir artıq ölkənin ikinci səlahiyyətli şəxsi sayılmır. Amma bütün bunlar “Rəsi-zadə gedərsə, kim gələcək” sualı ətrafında müzakirələri səngitməyib. Həm seçki ərəfəsi, həm seçkidən ötən qısa müddətdə baş nazirlə bağlı “informasiya axını” güclənib.

“Yeni Müsavat”ın məlumatına görə, baş nazirin gedəcəyi dəqiqdir. Mənbəmiz onun ilin sonuna kimi yenidən vəzifəsinə təsdiqlənəcəyi ilə bağlı xəbərləri inandırıcı saymır. Bildirilir ki, prezident böyük ehtimalla iqtisadiyyat naziri Şahin Mustafayevin namizədliyini Milli Məclisə göndərəcək.

Şahin Mustafayev 1965-ci ildə Ermənistanın Barana (Noyemberyan) rayonunda anadan olub. M.Voznesenski adına Maliyyə-İqtisad İnstitutunun Bakı filialını bitirib. 1992-1999-cu illərdə Nəsimi rayonu üzrə Dövlət Vergi Müfəttişliyində dövlət vergi müfəttişi, böyük dövlət vergi müfəttişi, baş dövlət vergi müfəttişi və şöbə rəisi olub.

2003-2005-ci illərdə Dövlət Neft Şirkətində mərkəzi mühasibatlığın baş mühasibi, İqtisadiyyat və Uçot İdarəsinin, 2005-2006-cı illərdə Dövlət Neft Şirkətinin iqtisadi məsələlər üzrə vitse-prezidenti, 2006-2008-ci illərdə vergilər nazirinin birinci müavini vəzifələrində işləyib. 2008-ci ildən hökumətdə nazir portfelinə sahibdir. Adı korrupsiya və rüşvət qalmaqallarında hallanmayan nazir xüsusilə ölkənin qeyr-neft sektoruna keçidi dövründə hökumətdə əsas fiqurlardan birinə çevrilib. Prezident yanında güvənilən “iqtisadi komanda”ya daxildir.

Şahin Mustafayev ile ilgili görsel sonucu

“Yeni Müsavat”ın məlumatına görə, digər bir ehtiyat namizəd kimi Yaqub Eyyubovun da adı çəkilir. Yaqub Eyyubov 1999-2003-cü illərdə baş nazirin müavini, 2003-cü ildən baş nazirin birinci müavinidir. Yəni Nazirlər Kabinetində işlədiyi müddətin davamlılığını nəzərə alsaq, onun baş nazir postuna gətirilməsində problem yoxdur. Ən azından uzun illərdir ki, ayrı-ayrı zamanlarda Artur Rəsi-zadəni əvəzləyib. Yaqub  Eyyubov 1945-ci ildə Mingəçevir şəhərində anadan olub. İxtisası inşaat mühəndisidir, texnika elmləri doktoru, professordur.

Yaqub  Eyyubov ile ilgili görsel sonucu

Hökumət tərkibində gözlənilən daha bir sensasion dəyişiklik xarici işlər naziri Elmar Məmmədyarovun istefaya göndəriləcəyidir. E.Məmmədyarovun istefaya gedə biləcəyi ilə bağlı xəbərlər yeni deyil. Təcrübəli diplomat olan E.Məmmədyarov, təəssüf ki, illərdi XİN-i “hücum diplomatiyası”na kökləyə bilməyib. Son illər “DQR”ə qanunsuz səfərlərin artması, qondarma qurum rəhbərliyinin xarici ölkələrə dəvəti də XİN-in xarici siyasət kursunda “dişsiz siyasətinin” nəticəsi hesab olunur. Azərbaycan iqtidarına Qərb dairələrindən hücumlarda da E.Məmmədyarovun fəaliyyətsizliyinin müəyyən rolu olduğu da deyilir. Xüsusən siyasət və informasiya texnoloqları belə hesab edirlər ki, nazir diplomatların seçimində də peşəkar deyil. Bu səbəbdən də son illər səfirliklərlə bağlı korrupsiya faktları hallarına rast gəlinir. Bu da idarəetmədə ciddi nöqsanlar olduğu barədə rəyləri möhkəmləndirir.

Hökumətə yaxın mənbələrdən əldə etdiyimiz bilgiyə görə, E.Məmmədyarovla bağlı qərar verilib. Məlumatlı mənbə iddia edir ki, 2004-cü ildən nazir işləyən Məmmədyarov müəyyən müddət istirahət arzusundadır, bundan sonra o, BMT-də Azərbaycanın daimi nümayəndəsi təyin edilə bilər.

E.Məmmədyarovu əvəzləyəcək diplomat isə Vaşinqtondan gələcək. Mənbənin iddiasına görə, Azərbaycanın xarici siyasət nazirliyinə başçılıq ABŞ-dakı səfirimiz Elin Süleymanova həvalə oluna bilər.

Elin Süleymanov ile ilgili görsel sonucu

Elin Süleymanov uzun illər Azərbaycanın Los-Ancelesdəki konsulu işləyib. 2011-ci ilin oktyabrından isə ölkəmizin ABŞ-da fövqəladə və səlahiyyətli səfiridir. 

Qeyd edək ki, hələ  bir müddət əvvəl

Hökumətin aqrar sektordakı inkişaf proqramlarını gözlənilən səviyyədə həyata keçirməyi bacarmayan kənd təsərrüfatı naziri Heydər Əsədovun da yeni kabinetdə olmayacağı bildirilir.  Bu məsələdə qudası Ziya Məmmədov faktorunun olduğu da istisna edilmir...

635x100

Şərhlər

oxucu 2018-04-20 11:08:56

Bəs xanım Elmira Süleymanova niyə ərizə vermir. 80 bitdi. 90-nı gözləyir yəqin.İlahi bu insanlar niyə gedib istirshət etmir.bəsdir işlədiz də.qoyun bu cavanlar işləsin də .80 yaşlı insanın nə iş qabiliyyəti olar axı. heç utanmırlar da

R-n 2018-04-20 11:08:56

Nazirler kabinetine ne ehtiyac var?Onun ishini vitse prezidentlər və komandalari hell ede biler.

Obyektiv 2018-04-20 11:08:56

Bu deyilen versiyalara esaslansaq, (Emil Suleymanov kimilerini chixmaqla) bu yene "bigdan saqqala" yapishdirmaq olardi.. Meselchun: Shahin Mustafayev olke iqtisadiyyatinda indiyedek (praktiki) ne bir irelileyishler ve ya ehali xeyrine yaxshilashdirmalar eleyib ki, hele bir yeni vezifeye de qaldirila?! Koklu, esasli islahatlara choxdan ehtiyac vardi.. Illerdi heyati durgunlashdiranlarla ne sistem ne de, yasham terzi saglashdirila bilmezdi!..

naxçıvanlı 2018-04-20 11:08:56

Elin Suleymanov, uzun illər Azərbaycan Elmlər Akademiyasının prezidenti vəzifəsində işləmiş, görkəmli fizik, SSRİ EA-nın müxbir üzvü, akademik Həsən Abdullayevin nəvəsidir. Atası 70-ci illərdə Moskva şəhərinin Profsoyuznaya küçəsində avtomobil qəzasında həlak olub. Gözəl insan olduğunu görə onun tabutunun Bakıya yola salınmasında o vaxtlar bu şəhərdə təhsil alan demək olar ki, bütün azərbaycanlılar iştirak etdi. Anası, fizika-riraziyyat elmləri doktoru, professordur.

Mirzə AĞ 2018-04-20 11:08:56

Əslində, Azərbaycana Nazirlər Kabineti lazım deyil - səlahiyyəti yox, xərci cox! İşləri isə prezident aparatının uyğun şöbələri "aparar"...

vəkil 2018-04-20 11:08:56

qaçqinkom azərsu azəerisiq azəriqaz su melorasiya təsərufati birləşməli vahid nazirlik formasinda işləsə faydasi çox böyuk olar ! talanin qarşisi alinar yoxsa bunlarda soyqrim gedir...

t.ədalət 2018-04-20 11:08:56

Əgər Baş nazir postuna Ş.Mustafayev gətiriləcəksə,deməli, inkişaf məsələsi olmayacaq........Allah Azərbaycana rəhm eləsin!

Tanıyanlardan biri 2018-04-20 11:08:56

1945-ci ildə Mingəçevir şəhəri olub? 1953-cü ildə olub. 1947-1948-ci ilərdə Mingəcevirin təməli qoyulub.İlk olaraq oraya həbsxanaarda olanları gətirib işlədiblər.Nə qədər tərcümeyi halları saxtalaşdırmaq olar?Eyyubov necə 1945-də Mingəçevirdə anadan ola bilər?Bu 100% Qərbi Azərbaycandandır və başqaları kimi adı və doğulduğu yer saxtalaşdırılıb.

Aərbaycanlı 2018-04-20 11:08:56

......Balam bu boyda Azərbaycanda ,bu qədər şəhər,rayonda bir əsl,daimi yaşayan Azərbaycanlı tapılmır? Yoxsa onları yaxın buraxmırlar? ....

Son yazılar