Müxalifətçilər Yerevanda yolların bir hissəsini bağlayıblar

Dərc olunub: 20/04/2018 - 10:18

47f02498-3855-462a-bc52-7c5c0beb71cf_292Ermənistan polisi aprelin 20-də səhər saatlarında paytaxt Yerevanda etiraz aksiyasında iştirak edən daha 16 müxalifətçini saxlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Ermənistan Polisinin İnformasiya və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi polkovnik Aşot Aqaronyan bildirib.

Aprelin 20-də səhər saatlarında müxalif lider Nikol Paşinyan tərəfdarlarını yük avtomobilləri ilə yolları bağlamağa və Yerevanda hərəkəti iflic etməyə çağırıb. Polis yolları bağlayan maşınları götürməyə cəhd göstərir.

Bildirilib ki, aprelin 19-da mitinqdə 3 min nəfər işrtirak edib. Ötən bir gündə 123 müxalifətçi tutulub.

Xatırladaq ki, aprelin 13-dən Yerevanda Serj Sarqsyanın Ermənistanın baş naziri olmasına qarşı etiraz aksiyası keçirilir. Buna baxmayaraq, aprelin 17-də ölkə parlamentində onun namizədliyi səsverməyə çıxarılıb. Deputatların 77-si S.Sarqsyanın lehinə, 17-si isə əleyhinə səs verib.


loading...




Fikrinizi bildirin