Tramp Putini ABŞ-a səfərə dəvət edib  - Sergey Lavrov  görüşə hazır olduqlarını bildirdi

Dərc olunub: 20/04/2018 - 11:09

f68757f6-8db2-4e8b-b1c2-64740ad18472_292ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putini ölkəsinə səfərə dəvət edib.Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

«AzPolitika.info»-nun verdiyi xəbərə görə, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov  “RİA Novosti” agentiyinə verdiyi müsahibədə bəyan edib ki, Rusiyanın Prezidenti Vladimir Putin Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampla görüşə hazırdır.
Onun sözlərinə görə, hələlik sammitə hazırlıq işlərinə başlanmayıb.
Bundan əvvəl Ağ ev bəyan etmişdi ki, iki prezidentin ehtimal edilər görüş yeri Vaşinqton ola bilər.
Lavrov əlavə edib ki, Putin və Tramp yüzə-yüz, iki ölkə arasında hərbi qarşıdurmaya yol verməzlər.


loading...




Fikrinizi bildirin