Həccə getmək istəyənlərin sayı 800-ə çatdı - 1 nəfər üçün 4150 dollar...

Mideast Saudi Arabia HajjBu il Azərbaycandan Həcc ziyarətinə getmək istəyən 800 nəfər Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) sənəd verib.

“Report”un əldə etdiyi məlumata görə, onların arasında əvvəllər Həcc ziyarətində olanlar da var. Amma onların sayı çox azdı.

Xatırladaq ki, QMİ-nin Həcc şöbəsi hər gün səhər saat 09.00-dan axşam saat 18.00-dək fasiləsiz işləyir. Sənəd qəbulu iyulun 15-dək davam edəcək.

Həcc ziyarəti avqust ayında olacaq.

Qeyd edək ki, bu il Həcc ziyarəti üçün qiymət 4150 dollar müəyyən edilib. Azərbaycandan təkrar Həcc ziyarətinə gedəcək zəvvarlar ötən il olduğu kimi, əlavə 535 dollar ödəyəcəklər. Həcc ziyarəti üçün Azərbaycana 1200 kvota ayrılıb. Əgər müraciət edənlərin sayı çox olsa, kvota sayı 2000-ə qədər artırıla bilər.

635x100

Şərhlər

pensioner 2018-04-20 11:09:44

QMİ-nə təklif edirəm ki, Həcc kompaniyasından əlavə ildə bir dəfə də yetim və imkansız ailələrin xəstə uşaqları üçün kompaniyalar keçirsin. Təbliğatı da elə aparsın ki,Həccə gedən möminlər 4150 dollardan əlavə heç olmasa həmin məbləğin 5-10 faizini də ehtiyacı olan üşaqlar üçün ayırsınlar.

Bayram 2018-04-20 11:09:44

Boş yerlərdən qalmadı ya... Bezdik ey QMİ-nin bu reklam kompaniyasından. Əvvəl dedilər 2000 yer ayrılıb. Sonra dedilər yerlərin sayı 1000-ə qədər endirildi. Pulu hissə-hissə də verə bilərsiniz. Sabah da deyəcəklər ki həcc ziyarətinə ipateyka ilə də getmək olar. Fikrimcə əsas kəmiyyət deyil keyfiyyət önəmlidir. Hacıların sayı artdıqca layiqsiz hacıların sayı da durmadan artır.

Son yazılar