“1918-ci ildə İrəvan Ermənistana hədiyyə kimi verilmişdir..."

Heç kəs üçün sirr deyil ki, Azərbaycan Xalq Cümhuriyyətinin süqutunda kommunist libasını geyinmiş erməni millətçiləri – daşnakların əli var idi.

Trend-in məlumatına görə, bunu Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 lliyinə və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan, “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü“ münasibəti ilə “Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir” mövzusunda konfransda deyib.

K.İmanov bildirib ki, kifayət qədər güclü olmadığımız və daşnaklara inandığımız halda ki, bununla onların Qarabağa olan iddiaları da bitmiş olsun, hay-erməni ikiüzlüyünün qurbanına çevrildik: “Odur ki, dövlət başçımızın dediyi kimi, “1918-ci ildə İrəvan Ermənistana hədiyyə kimi verilmişdir”. Bu gün qüdrətimizə və iradəmizə əsaslanaraq, dövlət başçımız bəyan edir ki, “Azərbaycan heç bir vaxt imkan verməyəcək ki, bizim tarixi torpaqlarımızda ikinci qondarma erməni dövləti yaradılsın. Elə mövcud olan erməni dövləti bizim torpaqlarımızda yaradılıbdır. Biz tarixi torpaqlarımızı da unutmamalıyıq və unutmuruq. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq”.

K.İmanov vurğulayıb ki, bu sözlərin, düşüncələrin arxasında təcavüzkarlıq meyli deyil, haqq-ədalət, beynəlxalq hüquq və tarixi həqiqət durur.

Agentlik rəhbəri bildirib ki, haylara məxsus olmayan “armen/erməni” etnonimini və “Arminiya” adlı qədim toponimini mənimsəyərək, hay-erməni tarixşünaslığı Türkmənçay müqaviləsinin (1828) bağlanmasından sonra Şərqi və Qərbi Ermənistanın, hətta uydurma “Böyük Ermənistan”ın mövcudluğuna dair tezisləri fəal şəkildə gündəmə gətirməyə başladı:

“Şərqi Ermənistan” nədir? Bu, bizim tarixi torpaqlarımızın – İrəvan xanlığının ərazisində və sonradan hay-erməni iddialarının könlünü almaq üçün əvvəlcə Zəngəzur qəzasının, 1922-ci ildə isə Göyçənin (Şərur-Dərələyəz) Azərbaycandan qoparılıb Ermənistana verilmiş torpaqlarımızdır, torpaqsız Sovet Ermənistanının məhz bu cür Azərbaycan əraziləri hesabına yaradılmasıdır. Lakin bu azmış kimi Sovet tarixi elminin dəstəyi ilə erməni tarixşünaslığı hayların bu torpaqlardakı qədimliliyinə dair yalan və uydurmaları tirajlamağa başladı. Bunun üçün bu qondarma torpaqların hay-çar sülalələri uyduruldu, “Şərqi Ermənistanın” Rusiyaya xəyali birləşməsi aspektində Kürəkçay müqaviləsinin müddəaları təhrif olunmağa başlandı, Qafqaz Albaniyasının tarixi, bu torpaqların əzəli sakinləri olan Azərbaycan türklərinin maddi və qeyri-maddi mədəni irsi, ümumiyyətlə hay-ermənilərin bu ərazilərdə avtoxtonluğunu “sübut” edə biləcək hər bir şey saxtalaşdırılaraq mənimsənilməyə məruz qaldı”.

635x100

Şərhlər

R-n 2018-04-20 11:48:53

Sehv desen,hediyye yox,icareye verilib,99 ile.Kecen il vaxt bitib......

Son yazılar