Metronun bu ərazilərində də siqaret çəkmək qadağan olundu - SİYAHI

Bakı Metropolitenində siqaret çəkilməsinə dair qadağanın əhatə dairəsi genişləndirilib.

APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Bakı Metropolitenindən istifadə Qaydaları”nda dəyişiklik edib.

Qaydaya əsasən indiyə qədər Bakı Metropolitenistansiyalarında, keçidlərində və vaqonlarda siqaret çəkmək qadağan edilib. Dəyişikliyə əsasən artıq stansiyaların vestibüllərində, keçidlərində, platformalarında və vaqonlarda tütün çəkmək qadağandır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar