PARLAMENT TƏCİLİ TOPLANIR - Yeni baş naziri təsdiqləyəcək

Bu gün Milli Məclisin plenar iclası keçiriləcək.APA-nın məlumatına görə, iclasda yeni baş nazirin təsdiqlənməsi məsələsinin müzakirəyə çıxarılması nəzərdə tutulur.

Qeyd edək ki, aprelin 11-də keçirilmiş prezident seçkilərində qalib gəlmiş İlham Əliyevin aprelin 18-də and içərək səlahiyyətlərinin icrasına başlaması ilə əlaqədar Nazirlər Kabineti istefaya gedib.

Kabinetin yenidən qurulması üçün MM prezident tərəfindən namizədliyi irəli sürülmüş yeni baş nazirin məsələsinə baxmalıdır.

Konstitusiyaya əsasən Baş naziri Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə prezident təyin edir.

Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə namizədlik haqqında təklifi Azərbaycan Respublikasının Prezidenti onun öz vəzifələrinin icrasına başladığı gündən bir ay və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin istefa verdiyi gündən iki həftə müddətindən gec olmayaraq Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim edir.

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə namizədlik haqqında qərarı həmin namizədliyin təqdim edildiyi gündən bir həftədən gec olmayaraq qəbul edir. Göstərilən qayda pozularsa və ya Azərbaycan Respublikası Prezidentinin təqdim etdiyi namizədlərin Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin olunmasına üç dəfə razılıq verilməzsə, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Baş nazirini Azərbaycan Respublikası Milli Məclisinin razılığı olmadan təyin edə bilər.

AzPolitika.info

635x100

Şərhlər

Kəmalə Kərimli 2018-04-21 00:03:35

Əcəba baş nazir postuna yeni təyinatla nəsə dəyişəcəkmi?Vallah mən inanmıram ki,kimliyindən asılı olmayaraq yeni təsdiq olunan Baş Nazir bu məzlum xalqın mənafeyinə xidmət edəcək.İnanıram ki,təzə baş nazirin fəaliyyəti Artur Rasizadədən fərqlənməyə əl.Gordüyum siyasi reallıq budur,və buna əsaslanaraq belə fikirləşirəm.Yəni Ölkəni idarə edən özü çox cılız lakin əməlləri böyük olan bir alverci məmur xalqın qanını icir

miri 2018-04-21 00:03:35

Boş naziri milli nəcis təsdiq etməyə nə hacət. Daxili əmrlə etmək daha asan olardı. Heç bir səlahiyyəti olmayan yeni boş naziri təbrik etməyə isə hamılıqla hazırıq.)))))

Müəllif 2018-04-21 00:03:35

Bu parlamentin (orkestrin) raziligini almaq cetin meseledir.

ARİF 2018-04-21 00:03:35

Təzə vəzifəyə köhnə kadr təyin olunmamalıdır.

İDRİS 2018-04-21 00:03:35

Bircə erməni olmasin

BİRCƏ 2018-04-21 00:03:35

KİM OLURSA OLSUN...

t.ədalət 2018-04-21 00:03:35

Baş nazirin adının tapmacaya çevrilməsi, Arturun yenidən öz vəzifəsinə təyin olunacağına bir işarədir.

Məmməd m. 2018-04-21 00:03:35

Şübhəsiz ki, həmişəki kimi Artur müəllim baş nazir vəzifəsini yenə də davam etdirəcək. Onu bir daha təbrik edərək uzun ömür və can sağlığı arzulayırıq. Və bir də dillərdən birini səlist öyrənib danışmağı arzu edirik.

polad 2018-04-21 00:03:35

hec vaxt xeyrli olmayacaq hazir olun yeni canavarlar gelir

R-n 2018-04-21 00:03:35

100 % Qərbi azərbaycandan olacag..........

Bashirov Qarib 2018-04-21 00:03:35

Adı ictimaiyyətə açıqlanması lazım.Yoxsa,buna da ehtiyac yoxdur.

Cəmşid İrzaquliyev 2018-04-21 00:03:35

Xeyirli uğurlu olsun. Lakin kimliyindən asılı olmayaraq ona müəyyən konistitsion səlahiyyətlər də verilsə yaxşı olar.

Son yazılar