İranda başörtüyü qalmaqalı

İranda qadının “İslam qaydalarına uyğun geyimdə” olmaması ilə əlaqədar polis tərəfindən zorakılığa məruz qalması rəsmilər tərəfindən sərt tənqid olunub.

Trend-in məlumatına görə, məsələ gündəmə sosial şəbəkələrdə yayılan videodan sonra gəlib. Belə ki, qadın polislərin digər qadına qarşı başörtüyünün düzgün taxılmamasına görə güc tətbiq etməsini əks etdirən videogörüntülər yayılıb.

Bu addım sosial şəbəkələrdə qəzəblə qarşılanıb. İran parlamentinin deputatları, eləcə də hökumət rəsmiləri İran polisini vətəndaşlara qarşı zorakılıq tətbiq etməməyə çağırıb.

Polis rəsmiləri hadisənin araşdırılacağını bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar