ELDAR MAHMUDOV MƏHKƏMƏYƏ VERİLDİ - İlk iclas aprelin 24-dür

eldar-mahmudov2Keçmiş milli təhlükəsizlik naziri, ehtiyatda olan general-polkovnik Eldar Mahmudov və həmin nazirliyin Baş İstintaq İdarəsinin rəisi olmuş, ehtiyatda olan general-mayor Mövlan Şıxəliyev məhkəməyə verilib. Axar.az xəbər verir ki, hər iki şəxsi məhkəməyə bir müddət əvvəl şərlənərək həbs edilən, 21 ay həbsdə saxlanılan və sonradan isə bəraət alan Mətləb Mustafayev verib.

Mətləb Mustafayev sabiq nazir Eldar Mahmudova qarşı Yasamal rayon Məhkəməsində iddia qaldırıb. O, iddia ərizəsində Eldar Mahmudovun sifarişi ilə şərlənərək həbs edildiyini göstərib.

Mətləb Mustafayev sabiq nazirdən 100 min manatdan çox pul təzminatı ödəməsini tələb edib. İddia ərizəsi baxılması üçün hakim Sərdar Mehrəliyevin icraatına verilib.

Məhkəmənin ilkin baxış iclası aprelin 24-nə təyin edilib.

Mətləb Mustafayev Mövlan Şıxəliyevə qarşı qaldırdığı iddia ərizəsini Səbail rayon Məhkəməsinə göndərib. O, iddia ərisəzində şərlənərək həbs edilməsindən sonra barəsində olan cinayət işi üzrə istintaqın Mövlan Şıxəliyevin rəhbərlik etdiyi idarədə aparıldığını göstərib. Ona qarşı həmin idarədə qanunsuz hərəkətlər edilib, guya İran vətəndaşı olan Rza adlı şəxsdən aldığı silahla bağlı barəsində ittiham hazırlanıb.

Mətləb Mustafayev sabiq idarə rəisindən 63 min manat təzminat ödəməsini tələb edir.

Bu iddia ərizəsi hakim Nurəddin Bağırovun icraatına verilib.

İlkin baxış iclası mayın 1-nə təyin edilib.

Mətləb Mustafayev hər iki iddia ərizəsində Maliyyə Nazirliyini də cavabdeh kimi göstərib.

Buna səbəb həm Eldar Mahmudov, həm də Mövlan Şıxəliyev qanunsuz hərəkətlər edən zaman dövlət orqanlarında rəhbər şəxs olmaları olub.

Mətləb Mustafayev əvvəllər Dövlət Əmlak Komitəsində müxtəlif vəzifələrdə, həmçinin 2014-cü ilədək Azərsu ASC-də iqtisadçı işləyib.

O, 2014-cü ilin sentyabrında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində həbs edilib.

MTN-in o dövrdə məhkəməyə göndərdiyi ittihamdan məlum olur ki, Mətləb Mustafayev istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq odlu silah əldə etməkdə təqsirləndirilib.

Ona Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah saxlama) maddəsi ilə ittiham verilib və 2015-ci il aprelin 24-də Nəsimi rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apelyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Müdafiə tərəfinin kasasiya şikayətinə Ali Məhkəməsinin hakimi Gülzar Rzayevanın sədrliyi ilə baxılıb, Bakı Apelyasiya Məhkəməsinin qərarı ləğv olunub.

Mətləb Mustafayev apelyasiya şikayətində günahsız olduğunu, MTN-nin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev, MTN-nin rəhbər şəxsləri və digər əməkdaşları tərəfindən şərlənərək həbs edildiyini qeyd edib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Bundan sonra Bakı Apelyasiya Məhkəməsində hakim Rizavn Səfərovun sədrlik etdiyi kollegiyada Mətləb Mustafayevin işinə yenidən baxılıb. Hakim heyətinin qərarı ilə Mətləb Mustafayevin barəsində bəraət hökmü çıxarılıb.

Mətləb Mustafayevin MTN-də 31 il xidmət etmiş qardaşı, polkovnik Malik Mustafayev onun həbsindən bir neçə gün sonra özünü asaraq, intihar edib.

MTN-in Antiterror Mərkəzinin sabiq rəisi Elçin Quliyev və onun müavini İlqar Əliyev Mətləb Mustafayevdən başqa vəzifəli şəxslərin əleyhinə ifadə almağa çalışıblar.

MTN ləğv ediləndən sonra nazirliyin Antiterror Mərkəzinin sabiq rəis müavini, polkovnik İlqar Əliyev həbs edilib. O, 2015-ci il dekabrın 20-də saxlanıldığı Bakı İstintaq təcridxanasında özünü asaraq intihar edib.

İlqar Əliyev intihar edəndən sonra Elçin Quliyev həbs olunub. Elçin Quliyev və onun işçisi Azər Mehdiyevin cinayət işi Bakı Hərbi Məhkəməsində keçirilib.

Məhkəmənin hökmü ilə Elçin Quliyev 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bu hökmdən narazı qalan Elçin Quliyev apelyasiya şikayəti versə də, Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə onun bəraət istəməsi barədə şikayəti təmin edilməyib.

Elçin Quliyevin barəsində tərtib edilmiş ittiham aktında Mətləb Mustafayev və Malik Mustafayev zərərçəkmiş şəxs qismində tanınıblar.

Mətləb Mustafayev həmçinin zərərçəkmiş Malik Mustafayevin hüquqi varisi qismində də tanınıb.

635x100

Şərhlər

Vətəndaş 2018-04-20 17:04:58

Bu qədər əməllər törətmiş Mövlan Şixəliyev nə səbəbdən məsuliyyətdən yayındırılması çox maraq doğuran hal oldu.

oxucu 2018-04-20 17:04:58

mənim başım çıxmır bunların satdığını görən kimsə alan olacaq.çətin məsələdir.kasıb alan deyil,varlının da ondan da çoxdur.nə isə təki satılsın kasıb kusubun pulunu qaytarsınlar

Məğrur Bədəlsoy, Qarabağ əlili, jurnalist 2018-04-20 17:04:58

Hər 2 məhkəmə icraatdan imtina edəcək. Prezident köməkçisi Əli Əsədovun bir zəngi ilə hər 2 hakim ikiqat əyiləcək. ..... Nurəddin Bağırov Qarabağ əlillərini 25.11.2013 -də çağırıb iddia ərizəsinə düzəliş etdirib və 1 ay qabağa 30.10.2013 tarixinə qətnamə qəbul edib. Sərdar Mehrəliyev Nizami məhkəməsindən aidiyyatı üzrə göndərilən Nizami RİH-in şöbə müdiri Əli Axundova qarşı xüsusi ittihamlı şikayətə baxmağa məcbur olsa da, iclasa bildirişi vaxtından bir həftə sonra verib və icraatdan imtina edib.

sual 2018-04-20 17:04:58

bizim de bir sira vəzifəli səxslrdə pullarimiz var ala bilərsə 50- 50 raziyiq. absron raron xirdalan seherindəki hzi aslanov kucəsində 120 kbm sahəsi olan eyri yasayis obyektimizi ihb qanunsuz olaraq vites ekspress firmasina satib. dovlet qeydiyatinda olan mulkumuzlə baxli məhkəmə isimizə baxmadixi hada mətlb buna necə nail olub ala grəsən? hələ biz obyektdə 50 min manata yaxin malimizin talanmasina baxmayan rayon polosindən danismiraiq. bes necə?

məşədi 2018-04-20 17:04:58

Ayə mövlam ona görə ekologiyanın torpağında xudat yolundakı tikdiyi covan restaranın 6 milyona satırmış ey.yaqin çox adam pulların istiyir.

G.M 2018-04-20 17:04:58

Eldar Mallım sabbahın xeyir.Deyilənlərə inansaq,Yeraltı Çaylar Dənizə axır.Uduzanların günahı,zəif oyunçu olmaqları deyil..Tamahgirlikləridir.

VƏTƏNDAŞ 2018-04-20 17:04:58

HAMAM HAMAM İÇİNDƏ XƏLBİR SAMAN İÇİNDƏ. MAHMIDOV ELDARI DA MÖYKƏMİYƏ VERMƏY OLARMIŞ.HAMMA ÇƏTİNKİ ONNAN PIL ALMAX MÜMKÜN OLSUN.ALLAH ONA VERDİYİ CANI ALA BİLMİR.MİNNƏRNƏN ADAMI PİS GÜNƏ QOYDU BOYNU NAZİLMƏDİ

XXX 2018-04-20 17:04:58

Mərhum akademik Nizami Süleymanov demişkən quyruq ən üfunətli yerin üstündə yerləşir.SSRİ vaxtı sovet milisinin ən üfunətli sahəsi OBXSS (SƏDM) hesab olunurdu.Bu cigitlər də 1 metr trubaya, 1 metr armatura,1 ədəd mişar daşına, 1 qəpiyə görə o qədər insanı bədbəxt ediblər.O zamankı xasiyyətlərini unutmayıblar.

Son yazılar