" Məhz bu amil Azərbaycan-İsrail münasibətləri üçün möhkəm təməldir" - Səfir

"Azərbaycan və İsrail arasında çox yaxşı, hər iki tərəf üçün faydalı münasibətlər qurulub".

Bunu "Report"a İsrailin Azərbaycandakı səfiri Dan Stav deyib.

Onun sözlərinə görə, bu münasibətlər bir neçə amillə möhkəmlənir:

"Əvvəla, Azərbaycan və İsrailin artan radikalizm təhdidinə qarşı mübarizə üzrə ümumi baxışı var, ikincisi, hər iki ölkə multikulturaldır, üçüncüsü, tərəflərin bir-birinə dərin hörmətləri var: ölkələrin heç biri digəri üzərində dominantlıq etməyə çalışmır. Nəhayət, hər sahədə qarşılıqlı fayda ilə əməkdaşlığımızı dərinləşdirmək imkanı var ", - səfir bildirib.

O, iki xalq arasında xüsusi tarixi əlaqələrin olduğunu qeyd etməyin zəruriliyini vurğulayıb.

"Yəhudilər qədimdən Azərbaycan ərazisində yaşayırlar. Məhz bu amil Azərbaycan-İsrail münasibətləri üçün möhkəm təməldir", - o deyib.

"Report"un Suriyadakı vəziyyətlə bağlı sualına cavabında səfir qeyd edib ki, ölkəsi başqa dövlətin daxili işlərinə müdaxilə etmək niyyətində deyil, sadəcə, öz sərhədlərini təhlükədən qoruyur: "Milli təhlükəsizliyimizi müdafiə etmək hüququmuz var".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar