GÖMRÜK KOMİTƏSİLƏ BAĞLI QƏRAR VERİLDİ! - Prezident sərəncam imzaladı

İdxal-ixrac əməliyyatlarına nəzarət Vergilər Nazirliyi ilə  birgə həyata keçiriləcək

Prezident İlham Əliyev ölkədə idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. APA-nın xəbərinə görə, sərəncama əsasən maliyyə nəzarəti sahəsində uçotun şəffaflaşdırılması, büdcə yığımlarının artırılması, qeyri-neft məhsullarının ixracı üzrə prosedurların sadələşdirilməsi, ixracın həcminin artırılması və bu istiqamətdə dövlətin fiskal siyasətini həyata keçirən orqanların fəaliyyətinin səmərəli şəkildə əlaqələndirilməsi məqsədilə bir sıra idxal-ixrac əməliyyatları üzrə Dövlət Gömrük Komitəsi və Vergilər Nazirliyi tərəfindən birgə nəzarət mexanizminin tətbiqi məqsədəuyğun sayılıb.

Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, İqtisadiyyat Nazirliyi və Dövlət Gömrük Komitəsi idxal-ixrac əməliyyatları üzrə birgə nəzarətlə əhatə olunacaq prosedurların siyahısına və mexanizminə dair təkliflərini bir ay müddətində prezidenti təqdim etməlidir.

635x100

Şərhlər

emil 2018-04-20 19:24:59

Bele basa düsdük ki bunnan sonra yigdiglari pullari 2-nazirlik arasinda dädä mali kimi böläcäklär vässalam süt tamam

G.M 2018-04-20 19:24:59

`Manapoliya`` ləğv olmuyunca heç nə düzələn deyil.

Son yazılar