İşğalçı İsrail hərbçiləri Qəzzaya hücum edib – 4 fələstinli ölüb, 445-i xəsarət alıb

Dərc olunub: 20/04/2018 - 22:05

QEZZABu gün Qəzza zolağında işğalçı İsrail hərbçiləri ilə fələstinlilər arasında baş verən toqquşmalar nəticəsində 4 nəfər ölüb, 445-i xəsarət alıb. Bu barədə AP agentliyi Fələstin Səhiyyə nazirliyinə istinadən xəbər verib.

Məlumata görə, ölənlərdən biri 15 yaşlı yeniyetmədir. Yaralılardan 96 nəfər güllə yarası alıb.

Qeyd edək ki, martın 30-dan etibarən Qəzza zolağında “Böyük qayıdış yürüşü” adlı kütləvi etiraz aksiyasına start verilib. Fələstinlilər aksiyanın mayın ortalarınadək davam edəcəyini bəyan ediblər. Yürüşdə məqsəd dünya ictimaiyyətinin diqqətini müxtəlif illərdə hazırkı İsrail ərazisində öz evlərindən qovulmuş fələstinlilərin probleminə cəlb etməkdir.


loading...




Fikrinizi bildirin