Tatarstan parlamentinin spikeri Putinin qərarını tənqid edib –  «Parçalanma yaradır…»

Dərc olunub: 20/04/2018 - 22:16

1

«AzPolitika.info»-nun Rusiya KİV-ə istinadla verliyi xəbərə görə, Tatarstan dövlət şurasının sədri Fərid Mühəmmətşin «TASS» agentliyinin müxbiri ilə söhbəti zamanı bəyan edib ki, Tatarstanda tatar dilinin könüllü tədrisi barədə prezident qərarı respublika ictimaiyyəti arasında parçalanma yaratdığına görə, onu ləğv etmək lazımdır.
«Onu anlaırıq ki, sadəcə bu cür qadağa və məhdudiyyətlə hansısa kompromis tapa bilmərik, bu qərarla hansısa qarşıdurma onsuz da qalır… Biz, Vasilyeva ilə – Rusiya Federasiyasının təhsi nazirliyi ilə birlikdə artıq yeni Federal dövlət təhsil standartı (FDTS) üzərində işləyirik… Hesab edirəm ki, könüllülüyü aradan qaldırmaq lazımdır – o, tatarlarla ruslar arasında parçalanma yaradan «paz»a çevrilib, eyni sinifdə uşaqlar oturur, onlar arasında antoqonizm yaratmaq nəyə lazımdır?» – deyə, Mühəmmətşin qeyd edib.


loading...




Fikrinizi bildirin