“Bu, bütün dünya üçün xoş xəbərdir” - Tramp

ABŞ-ın prezidenti Donald Tramp KXDR-in nüvə sınaqlarının dayandırılması ilə bağlı bəyanatını alqışlayıb.

APA-nın xəbərinə görə, bu barədə Tramp özünün “Twitter” səhifəsində yazıb.

“Şimali Koreya bütün nüvə sınaqlarını dondurmağa və iri nüvə poliqonunu bağlamağa razılıq verdi. Bu Şimali Koreya və bütün dünya üçün xoş xəbərdir, böyük tərəqqidir. Sammitimizi gözləyirəm”, Tramp yazıb.

Qeyd edək ki, hazırda ABŞ və KXDR liderlərinin görüşü hazırlanır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar