PREZİDENT ARTUR RASİ-ZADƏNİ YOLA SALDI! - Yeni baş nazirin olacağı dəqiqləşdi!

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 21-də Artur Rasi-zadənin uzun illər dövlət qulluğunda yüksək vəzifələrdə səmərəli fəaliyyət göstərdiyini qeyd edərək onun ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həm sovetlər dövründə, həm də müstəqillik illərində Azərbaycanın inkişafı yolunda əzmlə çalışdığını bildirib.

Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, Artur Rasi-zadə dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə də müstəqilliyimizin daha da möhkəmləndirilməsi və ölkəmizin böyük uğurlar qazanması istiqamətində səylərini əsirgəməyib.

Artur Rasi-zadə fəaliyyətinə verdiyi yüksək qiymətə görə dövlət başçısına minnətdarlığını bildirərək qeyd edib ki, xalqımızın ümummilli lideri Heydər Əliyev kursunu uğurla davam etdirən İlham Əliyevin prezidentlik fəaliyyəti dövründə ölkəmiz sosial-iqtisadi sahənin bütün istiqamətlərində misli görünməmiş nailiyyətlər əldə edib və beynəlxalq aləmdə böyük nüfuz qazanıb.

Prezident İlham Əliyev Artur Rasi-zadəyə Baş nazir vəzifəsində gördüyü işlərə görə təşəkkürünü bildirib.

Artur Rasi-zadə göstərilən qayğı və diqqətə görə dövlət başçısına bir daha minnətdarlığını bildirib. O, Prezident İlham Əliyevə xalqımızın rifahı və firavanlığı naminə gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.

Prezident İlham Əliyevin Artur Rasi-zadəylə bu vida görüşündən sonra bu gün parlamentə baş nazir postuna yeni təqdimatın veriləcəyi dəqiqləşmiş olub.

635x100

Şərhlər

o.b.n 2018-04-21 10:37:41

O özü ilə Qatqazın ən böyük ağır sənayesində apardı,çünki o sənaye artıq yoxdur onun Baş nazir dövründə məhv edildi.İttifaqda yeganə olan Kondesaner Z.Pinqivin z Azerelektraterim z Ştabzavod Kmze Şlnzavodu Lampa zavodu Boruprakat Şiferzavod və sair. 100 ildə indən sonra ölkəyə Lampada Şində Kondisanerdə ... lazım olacaq hamısın məhv etdi bir sözlə verilən işi yerinə yetirdi.

X 2018-04-21 10:37:41

KUYA ARTUR BILIRDI BAS NAZIRDI ona kreslo laz8miydi rahat otursun ha ora ha bura teki yeri rahat olsun

Bayram 2018-04-21 10:37:41

Nəhayət ki... ALLAH b/nazir müavinlərinə və yaşlı nazirlərə də qismət eləsin.

Sus 2018-04-21 10:37:41

Çox nahaq!Bir adam ki,kreslosundan o dünyaya yola salınmaqı,nə ləzəti olar.İndi rəhbərlər formal ad daşıyırlar.Çünki onların heç birinin müstəqilliyi olmadığına görə,səlahiyyətləri də yoxdur.Necə ki,ermənistanda 100 yaxın məmur istefa verib, xalqa qoşulub.

ƏLİBALA 2018-04-21 10:37:41

Baş nazir kimə lazımdır?

Son yazılar